image-86a5084a-40dd-3be7-b514-3565880d5ed5_850backend

Çempionlar Liqasında qrup mərhələsinin bütün iştirakçıları bəlli olub

image-reklam_sirab_01

UEFA Çempionlar Liqasında qrup mərhələsinin bütün iştirakçıları bəlli olub.

Son olaraq Xorvatiyanın “Dinamo” (Zaqreb), Danimarkanın “Kopenhagen” və Şotlandiyanın “Reyncers” klubları qrupa vəsiqə əldə ediblər.

Qrup mərhələsində ümumilikdə 32 komanda mübarizə aparacaq. Onlardan 26-sı UEFA reytinqində daha yüksək göstəriciyə malik ölkələrin təmsilçiləri olduqlarından, vəsiqələri birbaşa qazanıblar. Qalan 6-sı isə isə təsnifat mərhələsini uğurla adlayan kollektivlərdir.

Beləliklə, cari mövsüm qrup mərhələsində bu komandalar çıxış edəcəklər: “Real Madrid”, “Barselona”, “Atletiko” (Madrid), “Sevilya” (hamısı İspaniya), “Ayntraxt” (Frankurt), “Bavariya”, “Leyptsiq”, “Borussiya” (Dortmund), “Bayer” (hamısı Almaniya), “Mançester Siti”, “Liverpul”, “Çelsi”, “Tottenhem” (hamısı İngiltərə), “Milan”, “Yuventus”, “İnter”, “Napoli” (hamısı İtaliya), PSJ, “Marsel” (hər ikisi Fransa), “Portu”, “Benfika” “Sportinq” (hamısı Portuqaliya), “Ayaks” (Niderland), “Zaltsburq” (Avstriya), “Şaxtyor” (Donetsk, Ukrayna), “Brügge” (Belçika), “Seltik”, “Reyncers” (hər ikisi Şotlandiya), “Makkabi Hayfa” (İsrail), “Viktoriya” (Plzen, Çexiya), “Kopenhagen” (Danimarka), “Dinamo” (Zaqreb, Xorvatiya).

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin püşkü bu gün Türkiyənin İstanbul şəhərində atılacaq. Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki