image-abs-metbuatbackend

Cənubi Koreya və ABŞ Şimali Koreyaya cavab olaraq raketləri sınaqdan keçirib

image-reklam_sirab_01

Cənubi Koreya və ABŞ-ın hərbçiləri Şimali Koreyanın raket buraxılışına cavab olaraq dörd “yer-yer” raketini sınaqdan keçirib.

iki ölkənin hərbçiləri Şimali Koreyanın təxribatına cavab olaraq Yapon dənizi istiqamətində dörd raket atıb.

Bundan əvvəl məlum olub ki, Yaponiya istiqamətində orta mənzilli ballistik raket buraxıldıqdan sonra Şimali Koreya gündəlik təmaslar çərçivəsində koreyalararası rabitə xəttində cavab verməyib.

Cənubi Koreyanın Birləşmə Nazirliyi qeyd edib ki, hökumət bunun səbəbini öyrənməyə çalışır və texniki problemin yarana biləcəyini istisna etmir.

Oktyabrın 4-də Şimali Koreya ballistik raket buraxıb. Yaponiyada onun Sakit okeanda ölkənin iqtisadi zonasından kənara düşdüyü bildirilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki