image-e61f4b87-a120-3541-9821-6efa6891d0c9_850backend

Cənubi Koreyanın dövlət başçısı “Samsung” şirkətinin vitse-prezidentini əfv edib

image-reklam_sirab_01

Cənubi Koreya Prezidenti Yun Sok Yol “Samsung Electronics” şirkətinin korrupsiyada ittiham olunan vitse-prezidenti Li Çje Yonu əfv edib.

Li Çje Yon Koreyanın Azadlıq Günü münasibətilə şərti azadlığa buraxılıb, lakin onun hüquqlarının tam bərpası üçün Prezidentin əfvinə ehtiyacı olub. Ədliyyə Nazirliyindən verilən məlumata görə, Prezident bu dəfə 15 avqust bayramı münasibətilə 1 691 nəfəri əfv edib.

Siyahıya “Samsung Electronics”in vitse-prezidenti də daxil idi, lakin korrupsiyada ittiham olunaraq 17 il həbs cəzasına məhkum edilmiş eks-prezident Li Myun Bak bağışlanılanlar arasında yer almayıb. Agentliyin məlumatına görə, o, hazırkı Prezidentin reytinqinin aşağı düşməsi fonunda son anda siyahıdan çıxarılıb. Yun Sok Yol administrasiyası hesab edirdi ki, cəmiyyətdə populyar olmayan Li Myun Bakın əfv edilməsi hazırkı prezidentə dəstək səviyyəsini azalda bilər.

“Samsung Electronics”in vitse-prezidenti Li Çje Yon 2018-ci ildə şərti cəza ilə iki il yarım müddətinə azadlıqdan məhrum edilib. O, keçmiş prezident Pak Kın Xeyə rüşvət verməkdə ittiham olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki