image-1603194181_ilham1backend

“Cənubi Qafqaza yeni baxış” konfransında Cənab Prezidentimizin mövqeyi

image-reklam_sirab_01

Aprel ayının 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxış edib.
ADA universiteti Prezident İlham Əliyev tərəfindən təsis edilib və o, hər zaman ölkədə təhsil sahəsində islahatların tərəfdarı olub. Onun Azərbaycanda müasir universitetlə bağlı baxışı və həmin universitetin elm və siyasətlə bağlı müzakirələrin aparılması üçün beynəlxalq platformaya çevrilməsi ADA universitetində təşkil edilmiş tədbirə tam uyğundur. Çünki ADA Universiteti bu konfransın əsas təşkilatçılarındandır. ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev tədbirin açılışını etdikdən sonra, cənab prezidentimizi Qarabağ uğrunda qələbə münasibətilə təbrik edib.
Cənab Prezidentimiz öz çıxışında ilk olaraq Ermənistanın Qarabağa vurduğu zərərlərdən, onların xaincə planlarından bəhs etdi.” İşğal edilmiş ərazilər Birinci Qarabağ müharibəsi dayandıqdan sonra viran qoyulmuşdur, çünki müharibə gedə-gedə şəhər və kəndləri dağıtmaq mümkün olmazdı. Onlar bunu bilərəkdən, Azərbaycan mədəniyyətinin izini itirmək, bu torpaqları bizim yaddaşımızdan silmək və həmin ərazilərin mənşəyini dəyişdirmək məqsədilə ediblər. Beləliklə, burada Azərbaycan hissləri başa düşülməlidir. Biz artıq həmin torpaqlara qayıdaraq işğalçı erməni qüvvələrinin bizim tarixi və dini abidələrimizi, şəhər və kəndlərimizi necə viran etdiyinin şahidiyik. Bu isə münaqişədən sonrakı dövrdə addımlarımızın planlaşdırılması baxımından mühüm amildir.”
Daha sonra cənab prezidentimiz vətəndaş cəmiyyətləri sülhün möhkəmləndirilməsi və regionda yeni baxışla bağlı hansı rol oynaya biləcəyi haqqında da məlumat verdi. Prezidentimiz onların mühüm rol oynaya biləcəklərini, burada barışıq məqsədilə addımların atılması üçün vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı geniş imkanların mövcud olduğunu bildirdi.
Cənab prezidentimiz mövcud vəziyyət, gələcək gözləntiləri İtaliyanın barışıq mövzusunda azərbaycana necə kömək edəcəyi Haqqında da fikirlərini bildirdi. O, bizim yenidənqurmanın ilk mərhələsində olduğumuzu qeyd etdikdən sonra, infrastruktur layihələrinin icra olunduğunu da qeyd etdi.Gələcək üçün nəhəng potensialın olduğunu və digər ölkələrdən də yeni şirkətlərin işə başlayacağını söyləyən prezidentimiz bizim bütün dostlarımızın yenidənqurma işlərində iştirakını və bu imkanlardan faydalanmasını arzuladığımızı vurğuladı. Ölkə, hökumət və xalq olaraq biz yaxşılığı unutmuruq. Biz bu yaxşılığı hər zaman qəlbimizdə saxlayır və bunun qarşılığında buna bərabər yaxşılıq etməyə çalışırıq.
Konfras boyunca bütün sualları ətraflı cavablandıran cənab prezidentimiz İlham Əliyev, sonda tədbir iştirakçılarıyla xatirə şəkli çəkdirdi.

Nəsimi rayon gənci, İbadova Günay


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki