image-vvvbackend

Cənubi Qafqazın yeni tarixi: hərbi güc, milli birlik və siyasi iradənin vəhdəti

image-reklam_sirab_01

İkinci Qarabağ Müharibəsinin başlamasından bir il ötür. Ermənistan keçən il iyul döyüşlərində olduğu kimi, Azərbaycana ağır zərbələr endirmək və cəmiyyətimizi sarsıtmaq niyyətində idi.

 

Amma Ermənistan xalqını və dünyanı illərlə miflərlə aldadan insanlar düşünmədi, bu cür ifrat şovinizm və həddən çox özünə arxayınlıq fəlakətə sürükləyə bilər.

Necə deyərlər, mif yaradıb yaydılar, özləri də ona inandılar. Düşünmədilər ki, Azərbaycan xalqı bir yumruq kimi birləşib əks-hücuma keçə bilər.

2020-ci ilin 27 sentyabrından sonra olanlar çoxumuzun yadındadır.

Bir müddət əvvəl “Qarabağ Ermənistandır, nöqtə” deyənlər, “Yeni müharibələr, yeni ərazilər” doktrinası ilə meydan oxuyanlar bir anda “məzlum” obrazı aldılar.

Ermənistanın baş naziri Nikol Paşinyanın dünyada zəng etmədiyi, Azərbaycanı dayandırmaq üçün yalvarmadığı dövlət başçısı qalmamışdı.

Hər kəsə də məlumdur ki, rəsmi Bakıya qarşı beynəlxalq təzyiqlər az deyildi. O təzyiqlər ki, 30 il ərzində işğalçı Ermənistana göstərilmədi.

Heç kim inana bilmirdi ki, Azərbaycan bu qədər beynəlxalq təzyiqlərə tab gətirəcək və əməliyyatlar Şuşanın azad olunmasına qədər davam edəcək.

Cənubi Qafqazda hərbi güc, milli birlik və siyasi iradənin vəhdətilə yeni tarix yazıldı.

Türkiyə və Azərbaycan prezidentlərinin BMt Baş Assambleyasının çıxışları Cənubi Qafqazda yeni dönəmin başlanmasının bir daha sübut edir.

Əslində Ermənistanın ali rəhbərliyi bunu dərk edir, amma razılaşmaqda çətinlik çəkir. Əsrlərdi erməni övladlarına dedikləri türkfobia nağılları qarşısında aciz qalıblar. Məsələnin digər tərəfi Azərbaycan 30 ildən sonra BMT-də qalib tərəf kimi özünü təqdim etdi. Bundan əlavə Ermənistanın işğaldan azad etdiyimiz torpaqlarda mədəni və dini obyektlərə vurduğu ziyan sübutlarla səsləndirildi.

Türkiyə də bundan sonrakı bütün hadisələrdə Azərbaycanın yanında olacağını bəyan etdi. Bu fikirlərdən narahat olan qüvvələr bir müddət sonra hərəkətə keçəçək. Bunu biz lobbi qruplarının fəaliyyətində,ABŞ senatorlarının çıxışlarında, İran və Fransa tərəfindən Ermənistana gizli və ya açıq şəkildə ediləcək yardımlarda şahidi olacağıq. Şuşa bəyannaməsi bu hücumlarının qarşısının müəyyən mənada almağa kömək edəcək.

image-gulsel

Lakin ara-sıra region dövlətləri arasında nifaq salmağa və münasibətləri həssaslaşdırmağa çalışacaqlar.

Biz böyük bir dövrü qalibiliyyətlə geri qoyub, yeni nəhəng eraya qədəm qoymuşuq. Qarşımızdakı dövrdə quruculuq işləri ilə bərabər, hirsli Ermənistanın “kaprizləri” ilə oynayan regiona və digər dövlətlərin həmlələrinə ciddi şəkildə reaksiya verməliyik.

Tək Azərbaycanın siyasi rəhbərliyi deyil, eyni zamanda bütünlükdə vətəndaş cəmiyyəti prosesə qoşulmalı, yeni tarixə öz töhfələrini verməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki