image-img-20230609-wa0052backend

Cəsur qadın necə olmalı?-Gülər Mübariz YAZIR

image-reklam_sirab_01

Həyat hamımızı bəzən istəyərək, bəzən də istəməyərək bir yerlərə gətirib çıxarır. Bu tale yolunun qəhrəmanı olan qadınlar yazır:
-Sahib olduğumuz ən böyük resurs: təcrübələrimiz, biliklərimiz, cəsarətlərimiz və əzmkarlığımızdır.

Bu əsasdır,çox qiymətlidir. Çünki onları qazanmaq vaxt, səy və təcrübə və çox zaman da qurban tələb edir…

Dözümlülük cəsur qadınların ən yaxın dostu, ona cəsarət verib yenidən addımlamağa sövq edənidir , təslim olmamağa, onu yolundan dönməməyə qüvvət verənidir. “İrəli” deyir, “yıxılma” ,“sən bacararsan, bacararsan”deyir. Və əslində qətiyyət onun daxili səsidir, özünə inamıdır. Etmək istədiyi işə cəsarətlə gedir,ətraflarına qulaqlarını qapayır, amma güvəndiyi insanların fikrini almağı ən doğru hesab edirlər. Könlü vadar edər ki, hər addımda öz izi, öz yaradıcılığı olsun. Onun yaradacağı əsər təkcə mükəmməl olmamalı, həm də çoxlarına işıq olmalıdır.
Tarixi əsasən kişilər yazır. Qadınlar isə ikinci planda, ya kişilərin dəstəkçiləri kimi, ya da tək-tük uğurlarla qalmışdır. Ancaq tarixə yön verən güclü qadınlar var,onların timsalından örnək alan qadınlar yetişir müasir dünyamızda.

Zərif xarakterindən aslan müqavimətli doğan qadınlar.İnkişaf etdikcə, irəliyə doğru sağlam addımlar atdıqca güclənirlər, gücləndikcə cəsarətlənir, hər kiçik müvəffəqiyyətlə həvəslənir,həvəsləndikcə mükəmməlliyə bir addım daha yaxınlaşırlar.

Düzdür, qadınların düşüncə tərzi fərqli olmaqla yanaşı,eyni zamanda rəngarəngdir, mürəkkəbdir. Lakin bu fərqlilik  onların xeyrinə işləyir. Çünki bu ona çoxlu müxtəlif nöqtələri birləşdirməyə kömək edir. Qısa müddətdə elə məntiqi əlaqələr qurur ki,bu da onu zirvəyə hər ötən gün daha da irəlilədir,bu səbəblə də həyatından itirdiklərini geri qazanmaq üçün hər sabah daha inamla baxır dünyaya.Bu qabiliyyətə sahib olduqlarını bildiyinə ,fəth edə biləcəyi zirvəni görməyinə rəğmən qurban gedənlərdir cəsur qadınlar.
Qarşınızda bir cəsur ,bacarıqlı ,təşəbbüskar qadın gördüyünüzdə təccüblənməyin. Çünki həyat və mübarizə belə təşəbbüskar qadınları yetişdirir. Çünki gördükləri,yaşadıqları davamlı rəqabət,mübarizə ona çox şey öyrədir. Zalımın gözünə dik baxmağı,mübarizliyi,geriyə baxmamağı,əmin addımlarla yeriməyi öyrənir cəsur qadınlar. Bir  cəsarətli  qadın, həm də Anadır. O ,yaradanın ona bəxş etdiyi ən yüksək mərtəbədə, Ana olmaq mərtəbəsində yerini alır.  Bir cəsarətli qadın, eyni zamanda bir bəyin xanımıdır. Kainat, mənəvi dəyərlər onu eş olmaq məsuliyyətinə və vəzifəsinə də layiq görüb. “Hər bacarıqlı kişinin arxasında bir qadın var “ kəlamının bariz nümunəsi olan qadınlardır cəsur qadınlar.Mərd oğullarla çiyin-çiyinə addımlamağı bacaran qadınlar.

Həyat cəsarətli qadına özünü idarə etməyi belə öyrətdi. Lazım olanda döyüşmək-ailəsi üçün, övladı üçün, işi üçün, qurub-yaratdıqlarını qorumaq üçün. Qadın eyni zamanda bir ilahi gücün ona verdiyi qüvvədən yol alır,mənəvi kamilliyə doğru yönələn hər qadın nə qədər cəsarətli olsa, o ilahi güc  ona bir o qədər kömək edir. Dünyada bəlkə də cəsarət rəmzi olacaq  qadınların çox olduğu ölkələrdən biri də Azərbaycandır.Övlad böyütmək, ailəyə maddi cəhətdən köməklik göstərmək, məşğulluğunu təmin etmək üçün müxtəlif sahələrdə çalışan zəhmətkeş qadınlarımız var. Vətən üçün canını fəda edən oğullar böyüdən şəhid analarımız, şəhid yoldaşlarının yolunu gözləyən bacılarımız vardır. Bu gün müasir Azərbaycan qadını deyildiyində yüzlərlə xanımların adları sadalana bilir.Xanımlıq adına layiq olan məğrur qadınlar var olduğu və artdığı müddətcə rifahımızın daha da yüksələcəyinə inanıram;bundan ilham alaraq gələcəyə böyük inamla addımlayan Gülər Mübarizin qələmindən…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki