image-3bab6931-dc45-3c2a-b107-fce95e1f020a_850backend

Çexiya enerji qiymətləri ilə bağlı Aİ sammiti keçirməyi planlaşdırır

image-reklam_sirab_01

2022-ci il iyulun 1-dən avqustun 31-dək Avropa İttifaqına (Aİ) sədrlik edən Çexiya Avropada enerji qiymətlərinin kəskin artması ilə əlaqədar ittifaqın müvafiq nazirlərinin fövqəladə sammitini çağırmağı planlaşdırır.

bu barədə ölkənin sənaye və ticarət naziri Yozef Sikela jurnalistlərə bildirib.

“Mən Aİ-nin müvafiq energetika nazirlərinin fövqəladə sammitinin çağırılması imkanlarını nəzərdən keçirirəm. Mövzu yüksək enerji qiymətləri olacaq. Bu, ümumavropa problemidir və onun həlli də ümumavropa xarakterli olmalıdır”, – o deyib.

Y.Sikelanın sözlərinə görə, Aİ istehlakçıları üçün artan enerji qiymətləri ilə böhrandan çıxış yollarından biri dəyərin ən üst həddinin təyin edilməsi ilə onları ittifaq daxilində tənzimləmək ola bilər. “Enerji bazarındakı vəziyyət müəyyən dərəcədə nəzarətdən çıxıb”, – nazir etiraf edib.

Onun fikrincə, Ukraynadakı vəziyyətlə əlaqədar olaraq Avropa istehlakçıları üçün enerjinin qiyməti sürətlə artır. “Məsələn, 2022-ci ilin əvvəlindən Aİ birjalarında elektrik enerjisinin qiymətləri 340% artıb”, – Sikela söyləyib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki