image-e935a2b8-d51f-3841-87ea-4b4e56b9d29f_850backend

Çexiya Ukraynaya göndərilən texnika əvəzinə “Leopard” tankları alacaq

image-reklam_sirab_01

Çexiya Ukraynaya göndərilən avadanlıq əvəzinə Almaniyadan tezliklə “Leopard” tankları alacaq.

bu barədə Çexiya televiziyası məlumat yayıb.

Məlumata görə, Bundesverin Çexiya ordusuna 15 “Leopard 2A4” tankı bağışlaması barədə razılığa gəlinib.

Alman tanklarının təhvil verilməsi ilə bağlı saziş hazırdır və hər iki ölkənin müdafiə nazirliklərinin rəhbərləri tərəfindən nəzərdən keçirilir.

Almaniyadan ilk döyüş maşınları ilin sonuna qədər ölkəyə gələ bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki