image-625df5c525a20625df5c525a211650324933625df5c525a1c625df5c525a1ebackend

Çexiyada rekord inflyasiya qeydə alınıb

image-reklam_sirab_01

Ötən ay Çexiyada son 24 ilin ən yüksək inflyasiyası qeydə alınıb.

Veteninfo.az-ın Çexiya Statistika Ofisininə istinadla məlumatına görə, mart ayında inflyasiya 1,7% artaraq 12.7%-ə çatıb. Bu, 1998-ci ildən indiyədək qeydə alınmış ən yüksək rəqəmdir.

İnflyasiyanın kəskin artımına səbəb enerji daşıyıcılarının bahalaşmasıdır.

Statistikaya görə, illik əsasda istehlak qiymətləri 12,7% artıb. Elektrik və yanacaq 24,7%, təbii qaz 37,7%, nəqliyyat xərcləri 22%, inşaat materialları isə 16,4% bahalaşıb. Bundan əlavə, kartof 21%, qatılaşdırılmış süd 20%, un 30%, yağ 32% bahalaşıb.

Eyni zamanda daşınmaz əmlak və kommunal xərclər 5%-dək bahalaşıb. Ekspertlər yayda inflyasiyanın 15%-ə çatacağı qənaətindədirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki