image-22backend

Ceyhun Bayramov: “Müharibə dövründə Mövlud Çavuşoğlu 5 dəfə Azərbaycana səfər edib”

image-reklam_sirab_01

“Müharibənin ilk saatlarından qardaş Türkiyə Azərbaycana dəstək verib”.

Veteninfo.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən səkkizinci iclasında çıxışı zamanı deyib.

O vurğulayıb ki, 44 gün ərzində Türkiyənin ən yüksək səviyyədə Azərbaycana verdiyi siyasi və mənəvi dəstəyi şanlı Qələbənin əldə edilməsində əvəzsiz rol oynayıb: “Bu müddət ərzində qardaşım Mövlud Çavuşoğlu 5 dəfə Azərbaycana səfər edib. Fürsətdən istifadə edərək, xarici işlər naziri Mğvlud bəyin simasında qardaş Türkiyəyə təşəkkür ifadə etmək istərdim. Türk Şurası 44 günlük müharibə dövründə Azərbaycana dəstək olan bir sıra açıqlamalar verib. Həm Türk Şurasına, həm də bizə dəstək olan bütün dost ölkələrə buna görə təşəkkürümüzü bildiririk”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki