image-21af1f34-59a8-3cb0-bdf3-960a0f77628c_850backend

Çin, Hindistan və Rusiya birgə hərbi təlimlər keçirəcək

image-reklam_sirab_01

Rusiya ərazisində avqustun 30-dan sentyabrın 5-dək “Vostok-2022” hərbi təlimləri keçiriləcək.

Bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, təlimdə Çin, Hindistan, Belarus, Tacikistan, Monqolustan, Rusiya və digər ölkələrin hərbçiləri iştirak edəcəklər.

“Çin tərəfi iştirakçı ölkələrin silahlı qüvvələri ilə praqmatik, mehriban əməkdaşlığı dərinləşdirmək, bütün tərəflər arasında strateji koordinasiya səviyyəsini artırmaq və müxtəlif təhlükəsizlik təhdidlərinə qarşı durma qabiliyyətini yüksəltmək məqsədilə bu təlimdə iştirak etmək üçün şəxsi heyət göndərib” ,- deyə açıqlamada qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki