image-2152d134-3e05-3b7a-9be0-33eebf0f54a0_850backend

Çin iqtisadiyyatı dəstəkləmək üçün daha 1 trilyon yuan ayırıb

image-reklam_sirab_01

Çin iqtisadiyyatı stimullaşdırmaq üçün əsasən infrastruktur xərclərinə 1 trilyon yuan (146 milyard ABŞ dolları – Red) ayırıb.

Bu barədə  “Bloomberg” xəbər verir.

“Goldman Sachs Group Inc”in analitikləri hesab edirlər ki, növbəti stimullaşdırıcı tədbirlər koronavirus pandemiyası və daşınmaz əmlak bazarının düşməsi ilə bağlı çoxsaylı kilidləmələrdən dəyən ziyanı kompensasiya etmək, iqtisadi artımı stimullaşdırmaq üçün kifayət etməyəcək.

Əlavə 500 milyard yuan xüsusi təyinatlı dövlət istiqrazları bəzi analitiklərin gözlədiyindən əhəmiyyətli dərəcədə aşağıdır.

Öz növbəsində, dövlət enerji şirkətləri 200 milyard yuan dəyərində istiqraz sata biləcəklər. Bu arada kənd təsərrüfatı sektoru 10 milyard yuan subsidiya alacaq.

Dövlət Şurası həmçinin maliyyə xərclərini azaltmağa, özəl biznes və platforma şirkətlərinin inkişafına dəstək tədbirləri tətbiq etməyə davam edəcəyinə söz verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki