image-4ad43051-c80b-3673-a8a4-7b35d6a10f01_850backend

Çin və Tailand Hərbi Hava Qüvvələrinin birgə təlimləri başlayıb

image-reklam_sirab_01

Tailand Kral Hərbi Hava Qüvvələrinin Udorn bazasında Tailand və Çin Hərbi Hava Qüvvələrinin “Şahin zərbəsi 2022” kod adlı birgə təlimləri başlayıb.

Bu barədə “China.org.cn” məlumat yayıb.

Nəşrin məlumatına görə, təlimlərdə Çin tərəfində qırıcı, qırıcı-bombardmançı və erkən xəbərdarlıq radar (AWACS) təyyarələri, Tailand tərəfindən isə qırıcı və erkən xəbərdarlıq radar təyyarələri iştirak edir.

Manevrlər zamanı hava dəstəyi, yer hədəflərinə zərbələr endirilməsi, kiçik və irimiqyaslı qoşunların yeridilməsi məşq ediləcək.

“Birgə təlimlər iki ölkənin hərbi-hava qüvvələri arasında qarşılıqlı etimadın və dostluğun möhkəmləndirilməsinə, regional təhlükəsizlik və sabitliyin birgə təmin edilməsi üçün ikitərəfli praktiki əməkdaşlığın dərinləşdirilməsinə yönəlib”, – qəzet qeyd edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki