image-view_pashinyanbackend

Cinayətkar Ermənistan hökuməti.

image-reklam_sirab_01

Ermənistanın Azərbaycana qarşı 30 il davam edən hərbi təcavüzünə, müharibə və insanlıq əleyhinə cinayətlərə, əsassız ərazi iddialarına son qoyulur.Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük siyasi-diplomatik səyləri və güclü sərkərdəlik məharəti ilə müzəffər Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları ilə milli dövlətçilik tariximizə ən böyük zəfər və qəhrəmanlıq salnaməsini yazmaqla torpaqlarımızı erməni işğalından azad edib. Azərbaycan bu gün multikultural ölkə olaraq, bütün xalqların və etnik qrupların həmrəyliyini həm də döyüş meydanında təcəssüm etdirməklə öz ədalətli mübarizəsini qələbəyədək apararaq ərazi bütövlüyümüzün bərpasına və təcavüzkar Ermənistanın kapitulyasiyasına nail oldu.Bu gün qarşımızda duran əsas məsələlərdən biri Ermənistan tərəfindən törədilən transmilli cinayətlərin milli və beynəlxalq səviyyədə hüquqi cəhətdən dəqiq qiymətini alması və ədalətli mühakimə olunmasıdır. Ötən dövr ərzində Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir.Əminik ki, Ermənistan törətdiyi bütün bu cinayətlərə görə həm universal cinayət yurisdiksiyasına görə milli hüquqi əsasda, həmçinin beynəlxalq məhkəmə instansiyaları qarşısında məsuliyyətə cəlb olunacaq. Bunun üçün həm real beynəlxalq hüquqi əsaslar, həm də çoxsaylı video-audio və digər faktlar və materiallar vardır. Qeyd edək ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanının qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında ölkə Prezidenti tərəfindən 6 noyabr 2020-ci il tarixdə Sərəncam imzalanmışdır.Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən mülki əhalimiz hədəfə alınmaqla, qadağan olunmuş kasset və fosfor bombalarından istifadə edilmişdir. Hazırkı vaxtadək “Skad” və “Smerç” raket qurğularından yalnız döyüş meydanında deyil, eləcə də mülki şəxslərə qarşı istifadə edilmiş, həmin faktlar “Human Rights Watch” və “Amnesty İnternational” kimi beynəlxalq təşkilatlar tərəfindən qeydə alınmaqla qəddar və ağlasığmaz hərəkətlər kimi qiymətləndirilmişdir. Baş Prokurorluğun məlumatına görə, Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozularaq Ermənistanın hərbi siyasi rəhbərliyi və diasporu tərəfindən xarici ölkələrin vətəndaşları olan erməni əsilli “könüllülər”in Azərbaycan Respublikasının ərazisində döyüş əməliyyatlarında iştirak etmələri üçün dəvət edilməsi və maliyyələşdirilməsi istintaq materialları ilə müəyyən olunmuşdur. Ermənistan həmçinin, beynəlxalq hüquq normalarını pozaraq, Suriya və Livandan Azərbaycan ərazilərinə qanunsuz köçürülən insanları silahlı muzdlular kimi də istifadə edir.

Ebru Agayeva- Bakı Slavyan Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki