image-2f961e81-6bcf-3ea1-b46e-4301c037a101_850backend

Çində daşqınlar nəticəsində ölənlərin sayı 26-ya çatıb

image-reklam_sirab_01

Çinin şimal-qərbindəki Qinghai əyalətində daşqınlar nəticəsində ölənlərin sayı artıb.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hazırda ölü sayı 26 nəfər təşkil edir, daha 5 nəfər itkin düşmüş sayılır, 23 nəfər isə xilas edilib.

Qeyd edək ki, daşqın avqustun 18-də Xinin şəhərinə tabe olan Datonq qraflığında başlayıb. Təbii fəlakət zonasında 6,2 mindən çox insan olub.

Avqustun əvvəlindən bölgədə yağıntılar son 50 ilin orta göstəricisini keçib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki