image-7b83e962-d3e9-37a0-91dc-307d7893c892_850backend

Çindən ABŞ-a xəbərdarlıq: “Odla oynayanlar öləcəklər”

image-reklam_sirab_01

Pekin ABŞ-ı ölkənin daxili işlərinə qarışmağı dayandırmağa və “Vahid Çin” siyasətinə riayət etməyə çağırır.

Bu barədə Çin hökumətinin Koreya yarımadası üzrə xüsusi nümayəndəsi Lyu Syaomin tvitter səhifəsində yazıb.

“Bu, odla oynamaq kimi çox təhlükəli bir hərəkətdir. Odla oynayanlar isə ondan öləcəklər. Biz aidiyyəti ölkələri “Vahid Çin” siyasətinə riayət etməyə, Tayvanla bağlı məsələləri düzgün həll etməyə və Pekinin daxili işlərinə qarışmağı dayandırmağa çağırırıq”, – Çin rəsmisi qeyd edib.

O, həmçinin qeyd edib ki, Çinin yenidən birləşməsinə mane olmağa çalışan hər kəs ölkədə 1,4 milyarddan çox insanın əli ilə hörülmüş “böyük polad divar”la üzləşəcək.

Qeyd edək ki, ABŞ Konqresinin nümayəndə heyətinin Tayvana iki günlük səfəri başlayıb. Senator Ed Markinin başçılıq etdiyi nümayəndə heyətinə konqresmen Con Qaramendi, Alan Louental, Don Bayer və Amata Radevagen daxildir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki