image-ee2f0cd4-7c6b-314a-af39-d6042fe1d04f_850backend

Çinin Rusiyadan neft, qaz və kömür alışı rekord həcmə çatıb

image-reklam_sirab_01

Çin 2022-ci ilin mart-iyul ayları arasında Rusiyadan neft, qaz və kömür alışını keçən ilin eyni dövrü ilə müqayisədə 15 milyard dollar artırıb.

Bu barədə “Bloomberg” agentliyi Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatlarına istinadən məlumat yayıb.

2022-ci ilin mart-iyul aylarında Çin Rusiyadan ümumilikdə 35 milyard dollarlıq neft, qaz və kömür alıb, 2021-ci ilin eyni dövründə isə Çin Rusiyanın enerji resurslarını almaq üçün 20 milyard dollar xərcləmişdi.

Agentlik əlavə edib ki, iyul ayında Çin 2021-ci ilin iyul ayı ilə müqayisədə 14% daha çox kömür idxal edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki