image-1618061531941_8dbbv3xhbackend

“CNN Türk” televiziya kanalı vasitəsi ilə  Prezident İlham Əliyevin verdiyi mesajlar

image-reklam_sirab_01

Avqustun 14–də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibə verib. Müsahibədə Türkiyə-Azərbaycan qardaşlığı, Rəsmi İrəvanın siyasi təxribatları və Azərbaycanın 44 günə qazandığı ədalətli zəfər kimi mühüm mövzulara toxunulub.

Prezident İlham Əliyev hər zaman çıxışlarında Azərbaycan xalqının işğalla barışmayacağını və nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcəyini dəfələrlə vurğulamışdır.  Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi. Ermənistan bütün dövrlərdə qeyri-konstruktiv və irrasional mövqe nümayiş etdirib. Uzun illər ərzində münaqişənin dondurulması istiqamətində addımlar atılıb. Ermənistan faktiki olaraq danışıqlardan imtina edib. Əgər əvvəlki illərdə danışıqların imitasiyası ilə məşğul idisə, son iki-üç il ərzində faktiki olaraq açıq, nümayişkaranə şəkildə bildirirdi ki, bir qarış da Azərbaycan torpağı Azərbaycana qaytarılmayacaq. Bundan əlavə, Ermənistan rəhbərinin məsuliyyətsiz və təxribat xarakterli addımları və bəyanatları faktiki olaraq danışıqları mənasız etmişdi. Beləliklə, 44 günlük Vətən müharibəsində ordumuzun peşəkarlığı, döyüş əzmi və xalqımızın birliyi nəticəsində tarixi torpaqlarımız düşmən tapdağından azad oldu. Ölkə baçşısı müsahibə verərkən qazanılmış qələbəni bu sözlərlə ifadə etdi: “Torpaqlarımızın işğaldan azad olunması xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik.”

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi və onun region dövlətləri üçün faydası haqqında söylədiyi fikirlər də diqqəti çəkən məqamlardandır. Azərbaycan Prezidenti Zəngəzur dəhlizindən İran və Ermənistanın da istifadə edə biləcəyini bildirib. Dəhlizin açılması ilə Ermənistanın həm İran, həm də Rusiya ilə nəqliyyat əlaqəsi yaranacağı vurğulanıb.

“CNN Türk” telekanalına müsahibəsində Prezident Türkiyənin təkcə sözdə deyil, əməldə də Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirdi, Türkiyə-Azərbaycan qardaşlığı və dostluğunu xüsusiylə vurğuladı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bu dövlətin yüksək vəzifəli rəsmiləri Vətən müharibəsinin ilk anından Azərbaycana birmənalı siyasi və mənəvi dəstəklərini ifadə ediblər. Məhz Türkiyənin birmənalı və qətiyyətli mövqeyi işğalçıya dəstək vermək niyyətində olan bəzi dövlətləri çəkindirdi. Vətən Müharibəsi dövrü Azərbaycan üçün həm də dostlarını, həm də dost olmayanları daha yaxından tanıması üçün bir imkan yaratdı. Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu yenə də zamanın sınağından çıxdı. Türkiyədə bu yaxınlarda baş vermiş meşə yanğınlarının qarşısının alınmasında Azərbaycanın verdiyi hərtərəfli dəstək və yardım Türkiyə-Azərbaycan birliyinin əməldə də öz əksini tapmasının növbəti bariz nümunəsi oldu.

Aysel Mənsimova  – YAP üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki