Dünyaca məşhur aktrisa Ancelina Coli doğma atası Con Voight ilə münasibətlərinə son qoyub.
Vətəninfo.az xarici mətbuata əsasən xəbər verir ki, buna səbəb atasının Ancelinanın ailəsi haqqında ictimaiyyətə danışmamaq qaydasını pozması olub.
Conun qızı və ailəsi haqqında harada, nə danışdığı açıqlanmasa da bunun ilk dəfə olmadığı bildirilib.
İddialara görə Coli bu dəfə şəxsi həyatı ilə bağlı açıqlamalar verən atasını bağışlamayıb və onunla bütün əlaqələrini kəsib.