image-1backend

Coli və Pittin oğlu qəza keçirdi: kəllə-beyin travması aldı

image-reklam_sirab_01

Hollivud ulduzları Ancelina Coli ilə Bred Pittin oğlu Paks Los-Ancelesdə qəzaya düşüb.

Vətəninfo.az “TMZ”ə istinadən xəbər verir ki, o, kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, iyulun 29-da Paks elektrikli velosipedlə avtomobilə çırpılıb. O, dəbilqəsiz hərəkət edirmiş.
Paks omba nahiyəsindəki ağrılardan şikayətlənib. O, həmçinin kəllə-beyin travması alıb. Həkimlər onun beyninə yüngül qan sızması ola biləcəyindən şübhələniblər. Lakin sonradan Paksın vəziyyətinin stabil olduğu açıqlanıb.

Onun yaxında evə buraxıla biləcəyi qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki