image-photo-2021-10-22-15-18-12backend

Dağıdılmış ərazilər erməni vəhşiliyinin təzahürüdür.

image-reklam_sirab_01

Xalqımız daim tarixin  ağır sınaqlarından keçmişdir.

Neçə  savaşlar, qırğınlar görən xalqımın qəlbində ən böyük yarası isə 30 illik vətən həsrəti olmuşdur.

Erməni vandalları tərəfindən işğal olunan gözəl diyarımız  Qarabağ,  düşmənin törətdiyi faciələrə, vəhşiliklərə bu illər ərzində şahid olmuşdur. Ana vətən  böyük bir ümidlə düşmən əsarətindən qurtulacağı və övladlarına qovuşacağı günü gözləmişdi. Nəhayət,  2020 ci il artıq o gün gəlmişdi. İgid Ordumuz yurdumuzdan ayrı düşən torpaqlarımızı geri qaytardi.  30 il düşmən işğalında olan rayonlarimiz tamami ilə dağıdılmış,  xarabalığa çevrilmişdi.

Dağıdılmış rayonlardan biridə Dahi şairimiz Məhəmməd Füzulinin adını daşıyan Füzuli rayonudur.  Füzuli rayonunda düşmən böyük dağıntılar törətmişdir. Gözü dönmüş vəhşi düşmən burada heç bir salamat tikili qoymamışdır. Şəhərin bütün binalarını dağıtmışdır. Tikilərdən əlavə vəhşi düşmən  Dünya mədəni irsinə aid olan abidələrimizi belə dağıtmış yerlə yeksan etmişdir. Bununla da kifayətlənməyən erməni vandalları ibadət yerimiz olan məscidlərimizi donuz, mal tövləsi kimi istifadə etmişdir. Bu əməlləri ilə təkcə bizi yox bütün İslam Aləmini təhqir etmişdilər.

Paleolit dövrünə aid İlk insan məskənlərindən olan Azıx  və Tağlar mağara düşərgələrində isə qanunsuz olaraq arxeoloji qazıntılar aparmış, tarixi abidələrimizin, muzeylərimizin  nadir eksponatlarını talamışlar.

Etdikləri bu qanunsuz vəhşi  hərəkətləri ilə Beynəlxalq konvensiyaları pozmuşlar.

Vəhşi düşmən təbiətə belə Ekoloji terror törətmişdir. İşğal olunmuş torpaqlar da meşələri qırmış, qoruq və yasaqlıqların flora və faunasını məhv etmişdir.

Mənfur düşmən Füzuli rayonun eləcədə digər işğal olnan rayonların məzarlıqlarını belə dağıtmış təhqir etmişlər.

Bütün bu  törətdiyi əməlləri ilə Ermənilər necə vəhşi, vandal və insanı keyfiyyətlərdən məhrum   olduğlarını bütün Dünyaya göstərmişdirlər.

Bu gün ki, gündə isə dövlətimiz işğaldan azad olunan torpaqlarımızda  yenidən qurma işlərini davam etdirir. Xalqımız  öz dədə -baba  torpaqlarında firavan şəkildə yaşayıb və bundan sonrada yaşayacaqdır.

 

Bakı Qızlar Universiteti

Əliyeva Rəfiqəxanım


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki