image-ramile-quliyevabackend

Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb

image-reklam_sirab_01

44 günlük Vətən müharibəsinin Azərbaycanın mütləq qələbəsi ilə nəticələnməsi Azərbaycanın güclü ordusu olduğunu bütün dünyaya sübut etdi. Heç şübhəsiz ki, bu ordunu yüksək səviyyədə idarə edən Ali Baş Komandanının cəsarəti, peşəkarlığı və yenilməzliyi istər 44 günlük Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə dünyanın diqqət mərkəzində olmuşdur. Prezident İlham Əliyev Ali Baş Komandan kimi cəbhədə bir- birinin ardınca qələbə qazanan bir komandan, həm də dünyanın ən öndə gedəm media orqanlarına ləyaqətlə, dərin siyasi savadlılığı və parlaq zəkası ilə müsahibələr verərək diplomatik arenada dünyanı mat qoyacaq çıxışları ilə Azərbaycanın haqq səsini dünyaya cəsarətlə bəyan edən bir lider olduğunu göstərdi. Məhz belə güclü liderlər olan xalqlar öz müqəddaratını həll edə bilər və biz xalq olaraq yenilməz liderin -cəsur komandanın ərtafında dəmir yumruq kimi birləşərək düşmənin başını əzməyi bacardıq. Azərbaycan xalqı bir nəfər kimi öz liderinə inandı, güvəndi və onun əmrinə qeyd-şərtsiz tabe oldu. Bu bir millətin böyüklüyü, öz liderinə olan sonsuz inamı idi və məhz bu birlik bütün dünyanın nəzərində Azərbaycan xalqını öz şərəf və ləyaqəti uğrunda düşünmədən ölümə getməyə hazır bir xalq, rəhbərini isə öz xalqı üçün bütün gücünü və zəkasını sərf edən ləyaqətli oğul kimi tanıtdı.

İlham Əliyevin siyasi lider kimi təkcə Azərbaycanın deyil, həm də dünyanın ən nüfüzlu liderlərindən biri olmasını artıq dünyanın ən məşhur siyasətçiləri etiraf edir və bunu qəbul edirlər. İlham Əliyev müharibədən sonrakı dövrdə də siyasi iradəsi ilə diplomatik uğurlarını davam etdirir və bütövlükdə bölgədə stabilliyin və əməkdaşlığın ən yüksək həddə qurulması üçün peşəkarlıqla danışıqlar aparır.

Prezident İlham Əliyevin 2021-ci il 15 oktyabr tarixində keçirilmiş Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında çıxışı da dünyanın diqqət mərkəzindədir.

Prezident çıxışında qeyd edib ki, münaqişə artıq öz həllini tapıb, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Bütövlükdə postmünaqişə dövrü sakit keçir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib. 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli Bəyanatı imzalandı. Bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu və hər iki tərəfdən minlərlə insanın ölümündən qaçmağa imkan verdi. Üçtərəfli Bəyanata müvafiq olaraq, Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxardı. Bəyanatdan əvvəl Azərbaycan Silahlı Qüvvələri 300-dən çox şəhəri və kəndi döyüş meydanında azad etmişdi. Münaqişə hərbi-siyasi yolla həll edildi. Üçtərəfli Bəyanata müvafiq olaraq Azərbaycanın Qarabağ regionuna Rusiya sülhməramlıları yerləşdirildi. Nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həll edilməsi üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradıldı. Azərbaycanın Ağdam rayonunun ərazisində Azərbaycan tərəfi Rusiya-Türkiyə monitorinq mərkəzi yaratdı.

Ölkəsinin daim sülh tərəfdarı olduğunu vurğulayan prezident İlham Əliyev Azərbaycanın qalib ölkə kimi münasibətləri normallaşdırmağa, Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinin təfərrüatlarının müəyyən edilməsi üçün Ermənistanla danışıqların aparılmasına hazır olduğunu bildirərək deyib: “Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək”.

 

Ramilə Quliyeva

Suraxanı rayonu, Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasının Azərbaycan dili və ədəbiyyat müəllimi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki