image-15backend

Danimarkada quş qripi epidemiyası başlayıb

image-reklam_sirab_01

Danimarka hökuməti iri quşçuluq fermasında yüksək patogenli H5N1 quş qripinin yayılmasını qeydə alıb.

Veteninfo.az xəbər verir ki, bu barədə Danimarkanın Ərzaq, Kənd Təsərrüfatı və Balıqçılıq Nazirliyinin saytı məlumat yayıb.

Məlumata görə, noyabrın 1-də Slagelse bələdiyyəsində təxminən 28 min quş olan hinduşka fermasında yüksək patogenli quş qripi H5N1 epidemiyası təsdiqlənib.

Danimarka Baytarlıq və Qida Administrasiyası təsərrüfat ətrafında 3 və 10 kilometrlik zonalar yaradıb və zərər çəkmiş fermadan infeksiyanın yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görür.

Bundan əlavə, noyabrın 3-də 50-yə yaxın toyuq, ördək və qazın olduğu quşçuluq fermasında yüksək patogenli H5N1 quş qripinin növbəti epidemiyası təsdiqlənib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image