image-1fc1b1ed-7d2e-3a1a-b7a3-6adea93fe925_850backend

Danimarkanın əvəzedici kontingenti Estoniyaya çatıb

image-reklam_sirab_01

Danimarka Silahlı Qüvvələrinin rotasiya kontingenti “Leopard” tankları ilə Estoniyaya çatıb.

bu barədə Estoniyanın “ERR” dövlət yayım şirkəti məlumat yayıb.

Yeni Danimarka kontingenti Yutland draqon alayının 1-ci batalyonunun 2-ci eskadronu əsasında yaradılıb.

Bölməyə “Leopard 2A7” tankları və logistika xidmətləri daxildir. Estoniyaya ilk dəfədir ki, belə zirehli maşınlar yerləşdirilir.

Danimarka kontingenti Tapa şəhərindəki hərbi düşərgədə yerləşdirilib. O, Estoniya Müdafiə Qüvvələrinin 1-ci piyada briqadasına bağlı NATO döyüş qrupunun bir hissəsi olacaq.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki