Vətəninfo.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərə parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyasının sədri Vladimir Vardanyan Brüsseldə İlham Əliyev-Paşinyan-görüşünün nəticələrini şərh edərkən və Qarabağ məsələsinə niyə toxunulmaması sualını cavablandırarkən deyib.
“Cavabları təkcə mətndə deyil, həm də sətirlər arasında axtarmaq lazımdır. Söhbət qarşılıqlı etimad və təhlükəsizlik mühitinin yaradılmasından gedirsə, bu, həm də istənilən insidentlərə qarşı tədbirləri nəzərdə tutur” – Vardanyan bildirib.
Vardanyan iddia edib ki, Qarabağda yaşayan ermənilərin hüquqlarının qorunması məsələsi gündəmdədir.
“Danışıqlara gəlincə, hər hansı konkretlikdən danışmaq hələ tezdir, lakin ümumi yanaşma və onları davam etdirmək istəyi var”-deyən, Vardanyan əlavə edib ki,sərhədin demarkasiyası üzrə işçi qrupunun yaradılmasına gəlincə, görüş dünən axşam başa çatıb və razılaşmalar ümumi xarakter daşıyır. Növbəti mərhələdə mümkün sənədlər və konkret məqamlar barədə danışmaq mümkün olacaq. İndi yalnız qeyd etmək olar ki, tərəflər danışıqları davam etdirməyə hazırdırlar.


























