image-o_1gdv168mdbe9i8efsc1p0jprb19backend

Davamçıların iştirakı ilə anım yürüşü baş tutub

image-reklam_sirab_01

“Davam” Gənclər Hərəkatı 44 günlük Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar olaraq silsilə tədbirlərə start verib. Bu səbəblə Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş əsgər və zabitlərimizə ehtiram əlaməti olaraq 300-dən çox davamçının iştirakı ilə anım yürüşü baş tutub. Yürüşün son nöqtəsi İkinci Şəhidlər xiyabanı olub.

Xiyabanda davamçılar tərəfindən qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, onların məzarları önünə Hərəkat adından əklil qoyulub və tər qərənfillər düzülüb.

Qeyd edək ki, “Davam” Gənclər Hərəkatı yürüşün keçirilməsinə dəstək göstərən Azərbaycan Respublikasının Gənclər Fonduna təşəkkürünü bildirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki