image-da495027-d237-4bc2-863a-74626f203c23backend

Davos İqtisadi Forumu xarici iqtisadi əlaqələr üçün unikal platformadır

image-reklam_sirab_01

İsveçrənin Davos şəhəri bu günlər yenidən dünyanın diqqət mərkəzindədir. Belə ki, 2023-cü il yanvarın 16-dan 20-dək bu şəhərdə “Parçalanmış dünya şəraitində əməkdaşlıq” devizi altında keçirilən Davos İqtisadi Forumunun (DİF) 53-cü toplantısında bütün bəşəriyyəti narahat edən iqlim dəyişiklikləri, inflyasiya və aşağı inkişaf səviyyəsi kimi qlobal iqtisadi çağırışlar, yüksək borclanma və ərzaq qıtlığı probleminə qarşı mübarizə əsas müzakirə mövzularıdır. Bu Forumun hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, elm adamlarının, nüfuzlu siyasətçilərin, iqtisadçıların, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin reallaşdırılmasını müzakirə və təşkil etməkdir. Bu il bu Forumda ümumilikdə 130 ölkəni əhatə edən 2700-dən çox dövlət, özəl və vətəndaş cəmiyyəti liderlərinin, 52 dövlət və hökumət başçıları iştirak edir.

Qeyd edilməlidir ki, son illər Azərbaycanda iqtisadi sferada aparılan dərin islahatlar, biznes mühitinin yaxşılaşdırılması, şəffaflaşdırılması, münbit investisiya mühitinin yaradılması əlbəttə ki, ölkəmizə olan marağı daha da artırır. Beynəlxalq investorlar Azərbaycana daha çox sərmayə yatırmağa can atır. Şübhəsiz ki, bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində mümkün olub. Dövlət başçımızın Davosda keçirdiyi görüşlər Azərbaycan iqtisadiyyatının gələcək inkişafı, şaxələndirilməsi üçün mühim rol oynayır. Ümumiyyətlə, Davos İqtisadi Forumu xarici iqtisadi əlaqələr üçün unikal platformadır. Azərbaycan uzun illərdir ki, bu platformadan məharətlə istifadə edərək çox böyük iqtisadi dividentlər əldə edir, öz imkanlarını dünyaya tanıdır. son təmaslar xarici ticari əlaqələrimizi genişləndirəcək, ölkəmizə yeni investisiyalar gətirəcək.

Bu və digər məsələlər yanvarın 18-də Forumun işi çərçivəsində ölkə başçısının Çinin CGTN (China Global Television Network) televiziya kanalına verdiyi geniş məzmunlu müsahibə zamanı müzakirə edilib. Müsahibədə vurğulanıb ki, Çin və Azərbaycan yaxşı dostlardır, ölkələr arasında etibarlı münasibətlər vardır. Mütəmadi olaraq hər iki ölkənin dövlət başçıları arasında görüşlər təşkil olunur, münasibətlər günü-gündən möhkəmlənir. Ölkələrimiz arasında qarşılıqlı hörmət və etibarın göstəricidir ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında Pekində “Bir kəmər, bir yol” Sammiti çərçivəsində keçirilən toplantıda Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırıb.

Bildirilib ki, Azərbaycan və Çin arasında iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələri durmadan artır. Əlaqələrimizin gözəl perspektivləri mövcuddur. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərirlər. Azərbaycan Şinlə həm də enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir.

Azərbaycanın tranzit ölkə kimi imkanlarına gəldikdə bildirilib ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Bu gün Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsi icra olunur. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcəklər.

Bu gün beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirən, mühüm regional strateji layihələrin təşəbbüskarı və icraçısı olan, inkişaf, tərəqqi yolunda inamla addımlayan Azərbaycan çağdaş dövrdə bütün bəşəriyyəti narahat edən problemlərin və çağırışların mühüm müzakirə platforması olan Davos İqtisadi Forumu ilə əməkdaşlığını bundan sonra da uğurla davam etdirəcəkdir.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki