image-298790235_766463714402742_8882031510327635381_nbackend

Dənizdən çıxan çöldonuzu çimərliyə gələnləri qorxutdu – VİDEO

image-reklam_sirab_01

İspaniyanın Malaqa şəhərindəki Benaharafe çimərliyində çöldonuzu dənizdən sahilə çıxaraq insanları qorxudub.

Heyvanın təxminən üç yaşında olduğu və sərinləmək üçün suya girdiyi güman edilir.

Vəhşi təbiəti mühafizə edənlər və polis heyvanın axtarışına çıxıb. Onlar insanları qabanla görüşərkən sakit olmağa və öz təhlükəsizlikləri üçün onu incitməməyə çağırıblar. Bu heyvanlar nadir hallarda insanlara hücum etsə də, onların çox iti dişləri var.

Mütəxəssislərin fikrincə, vəhşi donuz yaxın iki gündə yüksək temperaturdan və quraqlıqdan xilas olmaq üçün sahilə qayıda bilər.

Mənbə: lenta.ru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki