image-fb_img_1622957250785backend

Deputat Arif Hacılı ilə bağlı yazdı

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki,millət vəkili Ramin Məmmədov Müsavat Partiyası başqanı Arif Hacılı ilə bağlı məüalə yaymlayıb.

Millət vəkilinin məqaləsin olduğu kimi təüdim edirik:

Müsavat Partiyasının başqanı Arif Hacılının Kəlbəcərdə azərbaycanlı jurnalistlərin şəhid olması ilə bağlı statusunu oxudum. Bir partiya rəhbərinin ağır bir faciə haqqında bu qədər bəsit yanaşmasından təəssüflənərdim, ancaq təmsil etdiyi düşərgənin keçmişini xatırlayıb, dəyməz, deyə düşündüm. O keçmişin bir hissəsinin elə jurnalistlərin minaya düşdüyü Kəlbəcər rayonunun işğalı ilə bağlı olduğu gözüm önündən keçdi. Təəccüblənə bilərdim, ancaq 30 ildən çoxdur siyasətlə məşğul olan, hər hadisədə hakimiyyətin səhvini axtaran və bunu həyat tərzinə çevirmiş bir şəxsin 7 cümləlik bir statusu belə, Azərbaycan dilinin qrammatik qaydalarına uyğun yaza bilmədiyini görüb, fikrimdən daşındım. Bəlkə bir qədər əsəbiləşmək də mümkün idi, lakin statusun məntiqi, üslubu və tərzi Ermənistan mətbuatında eyni mövzu ilə bağlı dərc olunan ekspert rəyləri və məqalələrin məntiqi ilə o qədər bənzərdir ki, təəssüflənmək də, təəccüblənmək də, əsəbiləşmək sadəlövhlük olardı məncə. Bu adamlar hələ də anlamırlar, yaxud anlamaq istəmirlər ki, bütöv bir ölkənin, böyük bir xalqın ayaqları altına 30 il öncə basdırdıqları minaları biz hələ də təmizləyib qurtara bilmirik.

 

Ramin Məmmədov

Millət vəkili


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki