image-img-20210814-wa0015backend

Deputat “Gənc Liderlər üçün Yay Universiteti”- nin iştirakçıları ilə görüşdü.

image-reklam_sirab_01

13 avqust 2021-ci il tarixində DAVAM Gənclər Hərəkatının dəvəti əsasında  “Gənc Liderlər üçün Yay Universiteti” çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Ramil Həsən “Azərbaycan Türkiyə strateji münasibətləri Vətən savaşından sonrakı mərhələdə” mövzusunda GƏNCƏ şəhərində layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb. Müzakirə zamanı gəncləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, təklifləri dinlənilib. Sonda xatirə fotosu çəkilib.

Onuda qeyd edək ki, “Gənc Liderlər üçün Yay Universiteti” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatı təşkilatçılığı ilə həyata keçirilən “Gənclərin Davamlı İnkişaf Proqramı” çərçivəsində icra edilir.

Sonda millət vəkili dəvətə görə “Davam” Gənclər Hərəkatının rəhbəri Nihad Allahyarlıya və Yay Universitetinin bütün iştirakçılarına təşəkkürünü bildirmişdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki