image-add9b870-d960-4d4f-a2e8-938e92e0979cbackend

Deputat Könül Nurullayeva növbəti səyyar görüşünü keçirib

image-reklam_sirab_01

 

Milli Məclisin deputatı Könül Nurullayevanın Nizami rayon sakinləri ilə görüşləri müntəzəm olaraq davam edir. Belə ki, millət vəkili K.Nurullayeva Əzim Əzimzadə küçəsi 14 ünvanında yaşayan seçiciləri ilə görüş keçirib və onların rastlaşdığı gündəlik problemlər ilə yaxından tanış olub. Sakinləri narahat edən problemlərin aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanması üçün qeydiyyat aparılıb, bu və ya digər məsələlər ilə bağlı verdikləri suallar ətraflı cavablandırılıb və problemlərin həll olunması istiqamətində mövcud prosedur qaydaları izah edilib.

K.Nurullayevanın qərargahından verilən məlumata görə, qaldırılan məsələlər əsasən Vətən müharibəsi qazilərinin işlə təmin olunması, məhəllədəki yaşıllığın sulanması məqsədilə su xəttinin bərpa olunması, həmçinin Nizami rayonunda yaşayan və pensiyasını Beynəlxalq Bankdan alan təqaüdçülərin çoxluğunu nəzərə alaraq, Nizami rayonundan götürülmüş bankomatların qoyulması və s. ilə bağlı olub.

Qeyd edək ki, səyyar görüş sonunda sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağı və onların həlli istiqamətində müvafiq addımların atılacağı seçicilərin diqqətinə çatdırılıb.

image-add9b870-d960-4d4f-a2e8-938e92e0979c image-58e4a28a-41ec-412e-89a7-b005f4cb6016 image-92a36e2b-8791-4b84-8452-6504212ee0c1

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki