image-img-20211222-wa0045-1backend

Deputat Ramil Həsən Heydər Əliyev Mərkəzində seçiciləri qəbul etdi.

image-reklam_sirab_01

Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Ramil Həsənin 22 dekabr 2021-ci il tarixində 11:00-dan 13:00 -a qədər Ucar rayon Heydər Əliyev Mərkəzində seçicilərlə növbəti görüşü baş tutub.

Görüşdə iştirak edən yüz nəfərə yaxın Ucar rayon seçicilərinin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi Millət Vəkili Ramil Həsən tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara çatdırılması müzakirə olunub, həmçinin görüşdə iştirak etmiş seçicilərin bir qisimi də həllini tapmış məsələlərlə bağlı Milli Məclisin Deputatı Ramil Həsənə dərin təşəkkürlərini ifadə ediblər.

Qaldırılan məsələlərin içərisində ən çox şikayətlər yenə də Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən əlilliklə bağlı pensiya alan pensiyaçıların növbəti həkim komissiyası zamanı imtina verilməsi, işsizlik, sosial problemlərin həlli, su, qaz sayğacları və xətlərinin çəkilişi, o cümlədən asfalt yolların çəkilməsi ilə bağlı məsələlər olub. Bununla bağlı məsələ Milli Məclisin Deputatı tərəfindən dinlənilib, lazımı tapşırıqlar verilib və qısa müddətdə əhalinin bu qəbildən olan tələblərinin və təkliflərinin müvafiq dövlət qurumlarına çatdırılması ilə bağlı qərar qəbul edilib.

Onuda qeyd edək ki, Millət Vəkili Ramil Həsən qəbuldan əlavə olaraq səyyar görüşlərdə keçirmiş, Qarabağ Müharibəsi veteranlarının, əlillərin və gənclərin qaldırmış olduğu məsələlərlə bağlı narahatlıqları dinləmiş və bəzi məsələlərin həlli üçün yerindəcə tapşırıqlar verilmişdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki