image-31backend

Deputat: “Vətən müharibəsində partiyaların həmrəyliyi qələbəyə təsir edən amillərdən biri olub”

image-reklam_sirab_01

“Torpaqlarımızın müdafiəsi məsələsində əksər partiyaların bir araya gəlməsi müharibədə qələbəyə təsir edən amillərdən biri olub”.

Veteninfo.az xəbərinə görə, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən “Vətən müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” adlı “dəyirmi masa”da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün yeni dünyada siyasi ünsiyyəti dialoqsuz təsəvvür etmək olmaz: “Təəssüf ki, son 30 ildə Azərbaycanda normal dialoq mühiti yaratmaq 2020-ci ildə baş tutub. ATƏT-in Bakı nümayəndəliyi seçki ərəfələrində siyasi partiyaları bir araya yığırdı. Onların bu təşəbbüsünə qiymət vermək üçün hesab edirəm ki, Minsk qrupunun fəaliyyətinə baxmaq kifayət edir. Bu illər ərzində dialoq çağırışı hakimiyyətdə olmayan partiyalardan gəlib. Hakimiyyət nəzərə almalıdır ki, dialoq sülhə töhfə verir. Belə bir təklif isə Azərbaycan Prezidentindən müharibə zamanı gəldi. Bir çox siyasi partiyalar isə bu təklifə müsbət reaksiya verdi”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki