image-41917c36-c031-37f5-af26-eb2c75840dfc_850-jfifbackend

Devid Bouinin əlyazması hərracda 218 min dollara satılıb

image-reklam_sirab_01

Britaniyalı rok ifaçısı Devid Bouinin “Starman” mahnısının əlyazması 203,5 min funt sterlinqə (218 min dollar) alınıb.

bu barədə “Sky News” telekanalı musiqi kolleksiyaları üzrə ixtisaslaşmış “Omega Auctions” hərrac evi tərəfindən təşkil olunmuş hərracın nəticələrinə istinadən məlumat yayıb.

“Starman” 1972-ci ildə sənətçi tərəfindən sinql olaraq buraxılıb və daha sonra onun beşinci studiya albomu olan “The Rise and Fall of Ziggy Stardust and the Spiders from Mars”a daxil edilib. Dörd dəqiqədən bir qədər çox davam edən kompozisiya gənc nəslə parlaq gələcəyə ümid bəxş etməyə gələn “ulduz adam”ın hekayəsindən bəhs edir.

Mətnin özü mavi mürəkkəblə A4 vərəqində yazılıb. Musiqiçinin özü tərəfindən edilən redaktələrin də yer aldığı əlyazma əvvəlcə 40 000 funt sterlinq (43 000 dollar) dəyərində idi, lakin yekunda beş dəfə bahaya satılıb. Alıcı Avstraliyanın Hobart şəhərindəki Köhnə və Yeni İncəsənət Muzeyinin rəhbərlərindən biri Olivye Uoren tərəfindən təmsil olunan adı açıqlanmayan kolleksiyaçı olub. Əvvəllər 1980-ci illərdən eyni şəxsə məxsus olan bu əlyazma Londonun Viktoriya və Albert Muzeyində musiqiçiyə həsr olunmuş sərgi çərçivəsində nümayiş etdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki