Şairə Nazilə Səfərli həyətinə dünyanın nadir quş növündən olan və müqəddəs hesab edilən Əbabil quşu düşdüyünü deyib.
Veteninfo.az axşam.az-a istinadən xəbər verir ki, o, bununla bağlı dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə zəng etdiyini, amma ona cavab verilmədiyini söyləyib:
“Nazirliyin qaynar xəttinə dünən saat 19:00-da zəng etmişəm. Telefonda kompüter cavab verir ki, iş saatı bitdiyi üçün yalnız səsli mesaj göndərə bilərsiniz. Adı qaynar xətti, gecə və gündüz çalışmalısınız, növbətçi olmalıdır. Əgər yoxdursa, adınızı dəyişin və “soyuq xətt” qoyun. Qapımıza Əbabil quşu düşüb. Zəng etdim dedim. Cavab verdilər ki, sizə gün ərzində geri yığacağıq. Amma dönmədilər.
Quşun dimdiyində bir torba qızıl gəlsəydi, verməsəydim, məni həbs edərdilər. Bu quş təbiətindir, təhvil alın. Təbiətin sərvətini qorumaq borcunuzdur”.