Aparıcı Elgiz Əkbər yeni açıqlaması ilə gündəmə gəlib.
Veteninfo.az Baku.ws-ə istinadən xəbər verir ki, o, “Elgizlə izlə” proqramında son zamanlar estetik gözəlliyə görə dodaq dolğusu etdirən xanımlardan danışıb. Aparıcı süni gellə dodağını şişirdənləri tənqid edib:
“O gün təsadüfən gördüm bir xanım çay içirdi. Dodaqlarına o qədər dolğu etdirib ki, qadının ağzı əyilib. İçdiyi çay süzülüb tökülür.
Axı nə vacibdir, dodağını bu qədər şişirirsən? Görəndə adam qorxur. Bilmirəm, belə etdirməkdə fikirləri nədir? Necə zövq alırlar ondan?”