image-5ee3c2e456805imtahan1backend

Doktorantura imtahanı ilə bağlı DİM-ə müraciət – “Keçid balı endilirsin!”

image-reklam_sirab_01

Namizədlər: “Mövcüd problemlər imtahanda uğurlu nəticə sərgiləmək potensialımızı aşağı saldı”

Doktorantura imtahanında iştirak edən bir qrup şəxs keçid üçün nəzərdə tutulmuş minimal balın yenidən müzakirə edilərək namizədlərin xeyirinə dəyişdirilməsi üçün Dövlət İmtahan Mərkəzinə (DİM) müraciət ünvanlayıb.

AYNA xəbər verir ki, namizədlərin sözlərinə görə, imtahanda bir qrup iştirakçının qeyri-məqbul bal toplamasının səbəbi qarşılaşdıqları problemlər olub: “20 iyun 2021-ci il tarixində keçirilmiş doktorantura qəbul imtahanında imtahan iştirakçılarının çoxu qəbul üçün nəzərdə tutulmuş 25 baldan aşağı nəticə göstərib və imtahan nəticələri qeyri-məqbul hesab edilib. İmtahanın keçirilmə tarixinin namizədlərə gec bildirilməsi və cari ilin məzunlarının magistr dissertasiya müdafiəsinə hazırlanma mərhələsi ilə üst-üstə düşməsi bir çox namizədlərin nəticələrinin qeyri-məqbul sayılmasına səbəb oldu. Mövcud problemlər səbəbi ilə biz namizədlərin qəbul imtahanlarında uğurlu nəticə sərgiləmək potensialımız aşağı düşdü. Lakin nəticələri qeyri-məqbul hesab edilən namizədlərin əksəriyyəti 20-25 bal toplayıb. Eyni zamanda “listening” bölməsində 2 imtahan sualının cavabı səsləndirilən mətndə öz əksini tapmırdı. Buna baxmayaq, sualların cavabı iştirakçılarda səhv cavab kimi qiymətləndirilib”.

İmtahan iştirakçıları qeyd olunan məqamların nəzərə alınaraq keçid üçün nəzərdə tutulmuş minimal balın yenidən müzakirə edilməsini istəyirlər: “Dövlət İmtahan Mərkəzindən qeyd etdiyimiz məqamlar nəzərə alınaraq, keçid üçün nəzərdə tutulmuş minimal 25 balın yenidən müzakirə edilməsinin və namizədlərin xeyrinə dəyişdirilməsini, keçidin 20 bala endirilməsini və öz ixtisasımız sahəsində elmi tədqiqat işlərimizi doktorantura səviyyəsində davam etdirməyimizə şərait yaratmağını xahiş edirik”.

Müraciəti edən namizədlərin siyahısı və nəticələrini təqdim edirik:

Hüseynov Fərid Hikmət oğlu – 21

Qasımlı Oqtay Əbülfəz oğlu – 22,5

Hüseynli Tale Hüseyn oğlu – 21

Babayeva Hicran Oruc qızı – 21

Bayramlı Nazim Müşviq oğlu – 22

Sultanov Fərhad Şamil oğlu – 20

Abdullayeva Əfsanə Fəzair qızı – 23,5

Allahverdiyeva Ayşən Tofiq qızı – 20

Talibova Gülnar Əlizamin qızı – 20,5

Quliyeva Ləman Asif qızı – 21

İbadzadə Türkay Kamil qızı – 22

Novruzov Sənan Elman oğlu – 23

Nağızadə Sadiq Nasir oğlu – 23

Əhmədova Aytən Arzuman qızı – 22,5

Nağıyeva Nərmin Ramis qızı – 22

Hüseynova İsarə İsa qızı – 24

Əsədzadə Cavad Ədail oğlu – 23,5

Qasımov Cəsarət Cövdət oğlu – 24,5

Mazanova Pəri Məhəmməd qızı – 21

Novruzlu Günel Abbas qızı – 20,5

Rüstəmova Səminə Tofiq qızı – 23,5

Babalı Rahim Əlövsət oğlu – 23

Paşayev Rəşad Vüqar oğlu – 23,5

Əhmədova Gülşən Əli qızı – 23

Seyidzadə Röya Xəqani qızı – 23,5

Nağıyeva Günel Aydın – 23

Əlizadə Müşfiq Yaqub oğlu – 20

Sadıxlı Ramidə Fərux qızı – 21,5

Müzəffərli Sitarə Ələsgər qızı – 20,5

Abbaszadə Hamlet Rafiq oğlu – 24

Bağırova Səkinəxanım Namiq qızı – 24

Verdiyev Turan Şəmsi oğlu – 22,5

Paşayev Rəşad Vüqar oğlu – 23,5

Abdullayev Xəyal Habil oğlu – 20

Yaqubova Nigar Pənahlı qızı – 24

Süleymanov Nicat Mikayıl oğlu – 21,5

Məlikova Lalə Səmədiyyə qızı – 23

Ələsgərli Fərid Camal oğlu – 24

Şıxverdiyeva Nigar Tağı qızı – 24,5

Nəbiyeva Nərmin Nazim qızı – 21,5

Umudlu İsmayıl Mehman oğlu – 23,5.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki