image-b6e2ff43-eb24-46a5-b74e-1e8c9bd67cafbackend

Dost Qazaxıstanla münasibətlər daha da inkişaf edəcəkdir

image-reklam_sirab_01

Dost Qazaxıstanla münasibətlər daha da inkişaf edəcəkdir

 

Avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin başçılığı ilə döst ölkənin nümayəndə heyəti paytaxtımız Bakı şəhərinə rəsmi səfərə gəlmişdir. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib.

Bu səfər ölkələrimiz arasında ikitərəfli əməkdaşlıqda yeni səhifə açılır.   Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı tərəflər arasında 20-dən artıq sənəd imzalanıb. Bu qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcəkdir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər, imzalanan sənədlər, eyni zamanda, dövlət başçısı İlham Əliyevə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeninin təqdim olunması perspektivlər barədə aydın təsəvvür yaradır. Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin xüsusi əhəmiyyəti vardır.  Bəyannamədə qeyd edildiyi kimi biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. İmzalanan Bəyannamə iki ölkə arasında  əməkdaşlığın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyət üçün çox ciddi baza kimi xidmət edəcəkdir. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Həmçinin, Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaqdır.

Avqustun 27-də Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd ediləcək. Bu illər ərzində Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı etimad və bərabərlik prinsipi mehriban qonşuluq münasibətlərini daha da dərinləşdirib. Azərbaycan ilə Qazaxıstan arasında həmişə etimada və ehtirama əsaslanan münasibətlər və əməkdaşlıq mövcud olub. Ölkələrimizi ortaq tarixi köklər və ortaq mədəniyyətlə bərabər, yenilməz əzm və mehriban qonşuluq münasibətlərini daha da inkişaf etdirmək səyləri birləşdirir. Odur ki, regionda aparıcı mövqelər tutan Azərbaycan və Qazaxıstan birgə iri layihələri müvəffəqiyyətlə həyata keçirirlər.

Bölgədə sabitliyin başlıca şərtləri olan birgə fəaliyyətin əsasını dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri təşkil edir. Region ölkələri xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin əsasını da qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması istiqamətində birgə çalışmaq niyyəti təşkil edir. Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı reallıqlar göz önündədir. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası ilə bağlı Azərbaycanın göstərdiyi səylər belə bir cümlə ilə ifadə edilir ki, Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Bu mühüm addım türk dünyasının birliyinə, həmrəyliyinə böyük töhfə olacaqdır.
 

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki