image-340301ed-e600-3ea3-b438-0cb7e84e76f6_850backend

Dövlət Departamenti: “ABŞ BMT-yə gələn nümayəndələrə viza verməyə borcludur”

image-reklam_sirab_01

Amerika Birləşmiş Ştatlar BMT-yə üzv dövlətlərin nümayəndələrinə dünya təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına getmək üçün viza vermək öhdəliyinə ciddi yanaşır.

bunu keçirdiyi brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün gələn xarici nümayəndə heyətlərinə vizaların verilməsi ilə bağlı vəziyyəti şərh edərkən deyib.

“Mən fərdi viza hallarının təfərrüatlarını müzakirə edə bilmərəm, lakin bir daha qeyd edə bilərəm ki, Birləşmiş Ştatlar bütövlükdə təşkilata ev sahibliyi edən ölkə kimi, BMT-nin mənzil-qərargahı ilə razılaşmaya əsasən, quruma üzv dövlətlərinin nümayəndələrinə dünya təşkilatının mənzil-qərargahına getmək üçün viza verməyə borcludur” – deyə, o bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki