image-27backend

Dövlət Komitəsi nazirliyi zorakılıq törədən şəxslərlə bağlı iş aparmağa çağırıb

image-reklam_sirab_01

“Bu gün ən böyük problem zorakılıq törədən şəxslərlə işlənilməməsidir”.

Veteninfo.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Məişət zorakılığı media müstəvisində” mövzusunda keçirilən təlimdə deyib.

Onun sözlərinə görə, həmin şəxslərin dəstəyə ehtiyacı var: “Çünki onların psixoloji problemləri mövcuddur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələ ilə bağlı işlər aparmalıdır”.

Sədr müavini bildirib ki, sivil boşanma formasını cəmiyyətə aşılamaq lazımdır: “Boşanandan sonra övladlarına aliment ödəməkdən boyun qaçıran kişilər var. Media bu adamları tapıb müsahibələr etməli, onlara doğru fikir aşılamalıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki