image-01-1backend

Dövlət müstəqilliyinin bərpası

image-reklam_sirab_01

XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlətinin  öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etməsi üçün şərait yarandı. 1980-ci illərin sonlarından başlayaraq Ermənistan Respublikasının Azərbaycana qarşı olan torpaq iddialarını açıq şəkildə bəyan etmələri, əzəlı Azərbaycan torpaqları olan Dağlıq Qarabağ Muxtar Vilayətinə azadlıq verilməsi tələbləri ilə çıxış etmələri, əsrlər boyu öz ata-baba torpaqlarında yaşamış 200 mindən çox azərbaycanlının silah gücünə Ermənistan ərazilərindən çıxarılması, regionda, o cümlədən Azərbaycan Respublikasının daxilində ictimai-siyasi vəziyyəti olduqca gərginləşdirmişdi. 90-cı illərin əvvəllərində Azərbaycanda vətəndaş qarşıdurması dərinləşirdi. Müstəqillik ideyaları genişləndikcə  ictimai mühitə təsirlər edən qüvvələrin maraqları çoxalırdı. Müxtəlif xarici qüvvələr tərəfindən təsirlər və daxili ideoloji boşluqlar  çətin dövrü bir qədər də mürəkkəb etmişdi. Milli həmrəylik Sovet imperiyası dağıldığdan sonar müxtəlif qüvvələrin əlində istiqamətləndirilə bilirdi.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gedən yol qansız olmadı. Azərbaycana müstəqillik tələbi və Erməni faşizminə, erməni vəhşiliyinə etiraz əlaməti olaraq küçələrə axışan dinc, əliyalın xalqa qarşı  Sovet ordusu tərəfində qanlı “20 Yanvar” faciəsi torədildi. Yüzlərlə  soydaşımız qətlə yetirildi, yaralandı, həbs olundu, işgəncələrə məruz qaldı. Lakin bütün bunlar xalqımızın içindəki müstəqillik arzusunu, əzmini qıra bilmədi.

1991-ci il oktyabrın  8-də Azərbaycan  Ali Sovetinin növbədənkənar sesiysında bir neçə günlük müzakirələrdən sonra nəhayət ki, 1991-ci il oktyabrın 18-də tarixi sənəd olan “Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi.

Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini əldə etsə də onun itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. 1991-1993-cü illər ölkəmizin tarixində hərc-mərclik və özbaşınalıq dövrü kimi xatırlanır. Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən davamlı işğalı, gərginləşməkdə olan siyasi vəziyyət, ağırlaşan iqtisadi durum xalqı öz arxasınca aparmağa qadir olan liderə ehtiyacı şərtləndirirdi. Müdrik Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev belə bir çətin tarixi şəraitdə Azərbaycan vətəndaşlarının milli birliyinə nail oldu. Qısa bir zaman kəsiyində ölkədə ictimi-siyasi sabitlik bərpa olundu, atəşkəs əldə olundu, çökmüş iqtisadiyyatı dirçəltmək üçün əməli addımlar atıldı, ”Əsrin Müqaviləsi” imzalandı. İkinci dəfə əldə olunmuş müstəqilliyi möhkələndirmək  və dünya ölkələrinə Azərbaycanı müstəqil, suveren və eyni zamanda Erməni təcavüzünə və işğalına məruz qalmış bir xalq kimi tanıtmaq üçün Ulu Öndərin yorulmaz fəaliyyəti başladı. Dahi şəxsiyyətin bu müdrik və uzaqgörən siyasəti qısa müddətdə öz bəhrəsini verdi. Azərbaycan dünya dövlətləri arasında özlayiqli yerini tutdu. Azərbaycan xalqı  Ulu Öndərin siyasi xəttini dəstəkləyərək  müstəqilliyimizin əbədi və dönməz olması üçün görülən işlər və atılan addımlarda ona inandı. O dahi şəxsiyyətin  müdrik siyasətiniun və yorulmaz fəaliyyətinin nəticəsidir ki, bu gün Azərbaycan müstəqil dövlət kimi dünya dövlətləri arasında öz layiqli yerini tutur.

 

Könül Əfəndiyeva – YAP üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki