image-fb_img_1644490586165backend

Döyüşən uşaq qalıb kənarda, komandirin yemək qızdıranı yaxası medallıdı-SƏXAVƏT MƏMMƏD YAZIR

image-reklam_sirab_01

Demişdim deməkdən zəhləm getsə də, demişdim ki, veteranlıqla bağlı çox problem çıxacaq. Birbaşa odun-alovun içərisində olmuş adamlara veteranlıq düşmür deyirlər. Necə yəni düşmür? Bildik, anladıq vətən, millət, Sakaryanı. Bəs bilmirdiniz ki, bu adamları döyüşə, döyüşə də yox əslində, ərazi bütövlüyünün bərpa olunması üçün ölüb, öldürməyə çağıranda onlara veteranlıq, əlillik verməlisiniz? Qanun qalıb bir kənarda avtoritetə görə veteranlıq məsələsi həll edilir. Müdafiə nazirliyi həmişəki kimi ən dişsiz qurum kimi hər mənada özünü göstərir.
Veteranlıq təkcə adı döyüş əmrinə düşənlərə verilməlidir? Onlarla həkim könüllü, bəzilər gönədirişlə ərazidə olublar, onların sayəsində şəhid sayı azdır. Onları niyə saya salan yoxdur? Bir çoxlarına bir kağız da verməyiblər ki, döyüş bölgəsində həkimlik edib, can qurtarıb. Bunu hara yazaq? Adamın gərək mütləq adamı olsun?
Müharibə vaxtı könüllü şəkildə cəbhəyə yardım daşıyanlar niyə veteran olmasınlar? Onlar olmasaydı bilirsiniz nə qədər problem olacaqdı? Yağış yağdı, yarıqlar örtüldü?
Bəs jurnalistlər? Az xidməti olub jurnalistlərin? Şəxsən mənə maraqlı da deyil. İstəsəydim, məhz istəsəydim, müharibə iştirakçısı kimi də adım siyahıda olardı. Bu hörmətə görə deyildi ha, xidmətə görə idi. Yəni, özümü nəzərdə tutmuram.
Kim hansı quruma yaxındır “Təşəkkür” alır. Çox şükür bir dənə də olsun fəxr edəcəyim fərmanım, təşəkkür məktubum yoxdur. Jurnalistlərin xidməti veteranlığa yaramır?
Bu da təltiflərdi? Adamlar tanıyıram Müdafiə nazirliyinə şikayət edib ki, Kəlbəcərdə olmamışam, niyə oranın medalını verirsiniz, olduğum yerin medalını yox? Döyüşən uşaq qalıb kənarda, komandirin yemək qızdıranı yaxası medallıdı. Mütləq gərək ad çəkək?
Hərdən düşünürəm, çox vaxt da əmin oluram ki, bunlar hamısı qəsdən edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image