image-700432cb-9919-4ceb-b92a-d6c8d99495bd_850backend

Dünya Bankı Ukraynaya dəstək üçün əlavə 530 milyon dollar ayırıb

image-reklam_sirab_01

Böyük Britaniya və Danimarkanın kredit zəmanəti ilə Ukraynaya 530 milyon dollarlıq maliyyə yardımı paketi veriləcək.

Bu barədə Dünya Bankının (DB) məlumatında deyilir.

“Dünya Bankı Ukrayna hökumətinə təcili ehtiyacların ödənilməsinə kömək etmək üçün əlavə 530 milyon dollar elan edib”, – açıqlamada qeyd olunur.

Söhbət Böyük Britaniya və Danimarkadan müvafiq olaraq 500 milyon ABŞ dolları və 30 milyon dollar kredit zəmanətindən gedir. Vəsaitlər xüsusilə, “əsas dövlət xidmətlərinin, o cümlədən səhiyyə, təhsil və sosial müdafiənin fəaliyyətinin təmin edilməsinə” yönəldilməlidir.

Dünya Bankı Ukrayna üçün təcili maliyyə yardımı üçün təxminən 13 milyard dollar səfərbər edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki