Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 247 milyona yaxınlaşıb.
Veteninfo.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytı məlumat yayıb.
Məlumata görə, dünyada COVID-19-a 246 951 274 yoluxma aşkarlanıb. Son sutkada daha 347 703 nəfərin koronavirusa yoluxması məlum olub.
Qeyd edilir ki, dünyada son bir gündə 5 981 pasiyent koronavirus səbəbindən həyatını itirib. Virus ümumilikdə 5 004 585 nəfərin ölümünə səbəb olub.
Dünyada koronavirusa ən çox yoluxma və ölüm ABŞ-da (45 678 478 yoluxma, 740 366 ölüm) qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan (34 296 237) və Braziliya (21 810 855) qərarlaşıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.