2023-cü ildə dünya şəhərlərində yaşayışın orta qiyməti 7,4 faiz artacaq. Ərzaq qiymətləri ən sürətlə artıb. Vətəninfo.az “The Economist” jurnalınaistinadən xəbər verir ki, bu il dünyanın hansı şəhərlərində həyatın ən bahalı, hansı şəhərlərdə isə ən ucuz hesab edildiyini təqdim edirik. Beləliklə, Sinqapur, Sürix, Cenevrə, Nyu-York, Honq-Konq, Los-Anceles, Paris, Kopenhagen, Tel-Əviv və San-Fransisko dünyanın ən bahalı şəhərləri sırasındadır.
Dünyanın ən ucuz şəhərləri bunlardır: Buenos-Ayres, Laqos (Nigeriya), Hindistanda yerləşən Çennai, Əhmədabad (Hindistan), Lusaka (Zambiya), Tunis, Daşkənd, Karaçi (Pakistan), Tripoli (Liviya), Tehran və Dəməşq.
Dünyanın 173 iri şəhəri 200 adda 400 mal və xidmət təklifinin müqayisə edildiyi reytinq siyahısının tərtibində iştirak edib.


























