image-1ec62d8c-3ec5-3853-8580-8a79f3fa23c5_850backend

EBRD “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə zəmanətsiz kreditin ayrılmasını planlaşdırır

image-reklam_sirab_01

Hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında danışıqlar gedir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, danışıqlar son mərhələdədir: “Danışıqlar uğurla nəticələnsə, bank tərəfindən ASCO-ya əhəmiyyətli miqdarda kreditin dövlət zəmanəti olmadan ayrılması nəzərdə tutulur.

Bu da öz növbəsində nəqliyyat-logitika ehtiyyaclarımızın, yəni Xəzərdə yeni gəmilərimizin tikintisi, digər hövzələrdə müəssisənin fəaliyyət göstərdiyi donanma artırılma imkanlarını gücləndirəcək”.

Xatırladaq ki, hazırda Xəzər dənizində və xarici sularda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”yə məxsus 200-dən artıq gəmi üzür.

2021-ci il ərzində ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) və “Bibiheybət” Gəmi Təmiri Zavodunda (BGTZ) ümumilikdə 106 müxtəlif tipli gəmi təmir olunub. Təmir olunan gəmilərdən 40-ı “Zığ” GTTZ-nin, 66-sı “Bibiheybət” GTZ-nin payına düşüb.

Ötən il “Zığ” GTTZ-də təmirə dayanan gəmilərdən 9-u əsaslı, 18-i tərsanə, 13-ü cari təmir edilib. Bunlardan 33-ü ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına, 2-si İstehsalat Xidmətləri İdarəsinə, 3-ü Xəzər Dəniz Neft Donanmasına, 2-si isə kənar təşkilatlara aid olub.

“Bibiheybət” GTZ-də təmirə dayanan gəmilərdən 18-i əsaslı, 35-i tərsanə, 13-ü cari təmir olunub. Bu üzən vasitələrin 61-i ASCO-nun Xəzər Dəniz Neft Donanmasına, 5-i isə kənar təşkilatlara aiddir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki