Veteninfo.az xəbər verir ki, Güney Azərbaycandan olan iş adamı Rza Zərrabla ailə quran müğənni Ebru Gündəş 11 il sonra iş adamından rəsmi olaraq boşanıb.
Türkiyə mediasının xəbərinə görə, tərəflərin birgə razılığı ilə boşanma baş tutub.
Məhkəmə birgə nigahdan dünyaya gələn qızları Alaranın vəlayətin Ebru Gündəşdə saxlayıb.
Amma Alaranın atasını ayda iki kərə görmə hüququ da verib. Boşanma tərədlərin birgə razılığına əsaslandığından Ebru Gündəş Alaranın atası Rza Zərrabla istənilən vaxt görüşə biləcəyində hansısa məhdudiyyətlərin olmadığını biıdirib.
Qardaş ölkə mediası boşanmaya səbəb kimi artıq bir neçə ildi ABŞ-da yaşayan Rza Zərrabın Ebru Gündəşi başqa qadınlarla aldatdığını qeyd edirlər.
Rzanın bir müddətdir Ebru Gündəşin rəfiqəsi olan müğənni Hadisə ilə aldatdığı iddia edilir.
Hadisə isə bu gün yaydığı açıqlamada ona şər və bötan atıldığını bildirib.Şərəf və ləyaqətini alçaldan, belə bir xəbər yayanları məhkəməyə verəcəyini bəyan edib.
Qeyd edək ki,11 il öncə Rza Zərrab Azəri qızı Günel ilə nişanlı idilər.Toyalarına bir neçə ay qala Rza Zərrabın Ebru Gündəşlə eşq yaşadığı məlum olduqdan sonda,Günel nişanı qaytarmışdı.
Günel özü də bu haqda açıqlamasında “Artıq toy üçün gəlin paltarı belə sifariş verilmişdi.Amma bildiyiniz hadisələr baş verdi”demişdi.