image-178698240_3694352107359569_3663573373246144006_nbackend

Ədalət, Azərbaycanın yanındadır!

image-reklam_sirab_01

 

 

Hər birimizin bildiyi üzrə, 2020-ci ilin sentyabr ayından etibarən başlamış 44 günlük müharibə, Azərbaycan Respublikasının qələbəsi ilə başa çatıb. Bu qələbənin arxasında, öz canından keçmiş şəhidlərimiz, öz sağlamlığını qurban vermiş qazilərimiz və öz igidliklərini döyüş meydanında təqdim etmiş əsgərlərimiz var. Tariximizin ən şanlı qələbəsi olan bu zəfər, 30 illik həsrətin də sonunu gətirdi və bizləri öz ərazi bütövlüyümüzə qovuşdurdu.

Bu müharibə dövründə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev, müxtəlif ölkələr ilə danışıqlar aparır, müsahibələr verir və tarixi reallıqları çatdırmaq üçün əlindən gələni edirdi. Erməni vandalizmini əsaslı faktlarla bütün dünya mediasına çatdırır və bunu illər boyu özünü təkrarlamış soyqırımlar, qətllər ilə əsaslandırırdı. Lakin bütün bunlara baxmayaraq yenə də, həqiqətlərə gözünü yuman və haqsız tərəfə bəraət qazandırmağa çalışan qüvvələr mövcuddur, hansı ki, onlar reallığın çox gözəl fərqindədirlər. Buna nümunə olaraq ABŞ Prezidenti C.Baydenin 24 aprel tarixli “erməni soyqırımı”nın tanınması ilə bağlı bəyanatını göstərə bilərik.

Tarixə nəzər yetirdikdə də, görə bilərik ki, Azərbaycanın başına gətirilən fəlakətlər, soyqırımlar və hadisələr yanlış şəkildə təqdim edilib. Bunun nəticəsi bugünə qədər davam edir.

Bu cür bəyanatların və qeyri obyektiv davranışların yeganə məqsədi, tarixi reallıqların təhrif edilməsi, həqiqətlərə obyektiv yanaşılmamasıdır. Bu qəbul edilməz bir addımdır.

Müəyyən beynəlxalq qüvvələrinin öz siyasi maraqlarına görə reallıqlara qarşı gözlərini bağlaması, öz yalançı miflərini və iddialarını genişləndirməyə çalışan erməni qüvvələri üçün kömək rolunu oynayır. Lakin reallıq və tarixi həqiqətlər, Ermənistan tərəfinin dağıdıcılıq siyasəti yürütdüyünü, xalqımıza qarşı cinayətlər və soyqırımlar törətdiyini, açıq bir şəkildə göstərir. Bizlər ədalətli mübarizə apardıq və reallıq göz qabağındadır. İstənilən hər hansı bir qüvvə və ya qüvvələrin həqiqətləri yalana çevirmək üçün göstərdikləri cəhdlər, sözsüz ki, nəticəsiz qalacaqdır. Çünki haqq ədalət bizlərdən yanadır və tarixi torpaqlarımızın bizlərə məxsus olduğu gerçəyini dəyişdirə biləcək heç bir qüvvə mövcud deyil. Bizləri günahkar və cinayətkar qismində göstərmək istəyənlərin səyləri, əlbət ki boş olacaqdır çünki 44 günlük müharibə zamanı da biz, humanist davranışlar sərgiləyərək, bütün dünyaya insanlıq dərsi verdik. Erməni əhalisinin torpaqlarımızı tərk etməsi üçün onlara çox gözəl şərait təqdim edən Azərbaycan xalqı, öz dədə baba yurdumuzdan ayaqyalın, başıaçıq çıxarılmışdı. Körpə, qadın, qoca demədən güllə yağmuruna tutulmuşduq , indidə günahkar çıxarılmağımız üçün düşmən qüvvələri əllərindən gələni edir. Lakin illər sonra, ayaqyalın çıxarıldığımız torpaqlara alnıaçıq bir şəkildə geri dönən bizlər, bu günahkarlıq damğasını da əsla qəbul etmirik və etməyəcəyik. Həqiqət göz önündədir və tarixi faktlar da, Ermənistanın necə təcavüzkar addımlar atdığını gözlər önünə sərir.

 

Nəsimi Rayon gənci Azərbaycan Dillər Universitetinin tələbəsi Əlixanlı Fatimə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki