image-22222223backend

Əfəndilər, VƏTƏN bizə əmanət! – Cavid İSMAYIL yazır

image-reklam_sirab_01

“Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır” – Ümummilli lider Heydər Əliyev

Əfəndilər! Hər birimizə aydındır ki, indi Şərəf tariximizin 44 günlük Zəfər səhifəsinin ardınca diplomatiya masası üzərində 44 günlük savaş qədər “döyüşlər” gedir. Səngərdə olduğu kimi  diplomatiya masası üzərindəki  savaşda da bütün Türk düşmənləri, dövlətimizin müstəqilliyini həzm edə bilməyən bütün məkrli qüvvələr qarşımızdadır. Eyni zamanda daxilimizdə adı bizdən olub əslində Vətənə, Xalqa, Dövlətçiliyə qənim kəsilən, xaricdən maliyyələşən, şimal küləyindən hərəkətlənən, qərbin mənfur xislətindən qidalanan,  konkret  desək, 5-ci kolon da daxildən daha intensiv-dinamik antiVətən, antiDövlət istiqamətində nökərçiliklərini davam etdirməkdədir.

Bəllidir ki, Zəfər Tariximizin yazılmasında qəhrəman Azərbaycan əsgərinin, Müzəffər Ali Baş Komandan və Qəhrəman xalqımızın Vətən naminə birliyi olmasaydı, Zəfərimiz də mümkün olmazdı. Elə bunu yaxşı bilən məkrli xain qüvvələr daim bu birliyi dağıtmağa çalışmışlar. Lakin nail ola bilməmişlər. Heç nail ola da bilməyəcəklər.

2020-ci ildə Tovuz hadisələri öncəsi və şərəf tariximizin yazılmasının başlanğıc tarixi 27 sentyabr və sonra  Dövlətçiliyimizi, müstəqilliyimizi həzm edə bilməyən qüvvələr bu birliyi sarsıtmaq üçün demək olar ki, durmadan məkrli, xain fəaliyyətlərini davam etdirdilər.

Əfəndilər! Mən bu yazımda həmin  qara qüvvələrin apardıqları məqsədyönlü bir istiqaməti daha da önə çəkmək istəyirəm. Bu mənim baxış bucağımda çox vacib və strateji  məsələlərdən biri, kadr məsələsidir.

Cənab Prezident xüsusən son zamanlar apardığı kadr islahatları zamanı birbaşa olaraq səlahiyyət sahiblərinə şəxsi dostluq zəminində kadrların işlə təmin edilməsini deyil, savadlı, milli kimliyə bağlı, vətənpərvər, dövlətinə və dövlətçilik ənənəsinə bağlı olanları qabağa çəkmək, onları işnən təmin etmələrini tapşırması əbəs deyil. Cənab prezident məhz Vətənin daima ayaqda qalması, Dövlətçiliyimizin daha da inkişaf etməsi üçün belə kadrlara ehtiyac olduğunu çox gözəl bilir. Lakin indi ətrafımızda nələr baş verir? Bütün səlahiyyət sahibləri cənab prezidentin bu tövsiyyəsinə əməl edirmi?

Məhz içimizdə olan xain əllər bu siyasətin əleyhinə çıxaraq yenə də yaramaz, məkrli xislətlərə xidmət edən, qaranlıq dünyada yer alanları məqsədli olaraq həmin savadlı kadrların yerlərinə təyin edirlər. Bu  isə  xəyanətdir, xəyanətdir, xəyanətdir!

Şərəf tariximizin qızıl səhifələrinin yazıldığı 2020 -ci ildə, Ali Baş Komandan xalqı Birlik və Bərabərliyə səslədiyi zaman bəzi özünübilməzlər “xidmət”ləri ilə açıq şəkildə ən həssas məqamda anti Dövlət siyasəti yürütmələri bəllidir.

Belələri Ali Baş Komandan xalqı Birlik və Bərabərliyə səslədiyi zaman, bu tələblərin birbaşa ziddinə əllərindən gələni etdilər və bu gün də ayaqdadırlar.

Öz-özümə düşünürəm doğrudan da Araz sözü, Böyük Vətənin yaralanmış sinəsindən axaraq, sanki, Vətən yarasına məlhəm olan xan Araz və yaxud da hər  Zaur Təhminəyə yar ola bilmədiyi kimi də, hər vətəndaş Vətənə daş ola bilmir.

Bu gün daha çox açıq müşahidə edilir ki, bir sıra hallarda Dövlətinə, Vətəninə, Prezidentinə bağlı olan, illərin sınağından keçərək təcrübə əldə edən peşəkar kadrlar qəsdən və bilərəkdən sıxışdırılır, işdən kənarlaşdırılır və yerlərinə qeyri – peşəkar, davranış qaydalarından uzaq və qeyri – etik normalarını həyat prioretinə çevirmiş insanlar haralarasa, hansısa məqamlara soxuşdurulur.

Cənab Prezidentin dəfələrlə ən yüksək kürsülərdən məmurlara irad tutaraq “mən xalqın xidmətçisiyəm, siz kimsiniz?” dediyi halda, belələri təyin olunan yerdə, “Bağdadda kor xəlifə, burda mən” prinsipi ilə, daxildə xaos, hərcmərclik, özbaşınalıq addımlarını publik olaraq nümayiş etdirməkdən çəkinmirlər.

Vətəni parçalanmaqdan, xaos və hərcmərclikdən xilas edən bu günki müasir, güclü Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevi təhqir edən, ona min bir iftira atanlar, tarixin sınağından xəyanətkar kimi  çıxan bəziləri, indi söz, səlahiyyət sahibləridir. Onlar müdafiə olunur, qabağa çəkilirlər. Niyə? Nə üçün? Kimdir bunların arxasında düuran qüvvələr? Nədir məqsədləri?  Təbii ki, bu sualların cavablarını hər birimiz yaxşı bilirik.

Bu

yazını qələmə alarkən bir nazirlikdə təkrarlayıcı funksiyası olduğu üçün  iki idarənin birləşməsi xəbəri rastıma çıxdı və cənab Prezidentin dövlət idarəetməsində yeni siyasi xətt müəyyən edərək 2018-ci ildən başlayaraq əsaslı strurktur dəyişikliklərinin başlanması göstərişini verdiyini xatırladım. Zamanın tələbindən irəli gələrək müəyyən edilən yeni siyasi xətt üzrə başladılmış struktur dəyişiklikləri bir sıra sahələri əhatə etməklə izafi xərclər yaradan, yaxud bir-birini təkrarlayan qurumlar ləğv olundu, ya da bir nazirlikdə birləşdirildi. Lakin indi daxili strurkturlarda yeni siyasi xəttə tam əməl edilirmi? Bəzi hallarda daxili strukturun bir rəhbəri digər rəhbəri saymır, hüquqi normalara məhəl qoymur, birbaşa rəhbərini deyil, himayədarının tapşırıqlarını yerinə yetirir. Nə isə. Bu barədə geniş formada növbəti yazıda konkret faktlar açıqlayacam. İndi isə qayıdaq mətləbə.

Əfəndilər! Məkrli düşmən bilməlidir ki, milli və dövlətçiliyə bağlı olan insanlar nə olursa olsun Dövlətinin, Vətəninin, Prezidentinin yanında daima olacaqlar. Bizlər isə, birliyimizi daha da sıxlaşdırmalı, bütün bu hallara qarşı mübariz olmalı, riyakar, xəbis qüvvələri ifşa etməliyik. Etməliyik ki, günü-gündən inkişaf edən Vətənimizin dayaqları daha da güclənsin. Etməliyik ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə, siyasət masası üzərində dədələrimizin ruhlarının səslədiyi  böyük amal uğrunda  aparılan savaş ən qısa zaman içində öz bəhrəsini versin! Etməliyik ki, xəyanət əlləri birdəfəlik Vətənimizin üzərindən götürülsun! Etməliyik ki, biz bütün dədə-baba torpaqlarımıza qayıda bilək!

Elə burada  cənab Prezident İlham Əliyevin “…Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik” fikrini də xatırlatmağı borc bildim.

Əfəndilər, bir sözlə, Vətən Müzəffər Ali Baş Komandan başda olmaqla bizə əmanət!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image