“Koronavirusdan sağalmışam və indi də yoldayam elə istirahətə gedirəm. Virusa toyda yoluxmuşdum”
Veteninfo..az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Nigar Şabanova deyib. Müğənni özəl həyatından da danışıb və bir çox saytların onun haqqında dəqiqləşdirmədən xəbər yazmasını sərt qınayıb:
>“Bu saytlar məni artıq iyrəndiriblər. Üzr istəyirəm ifadəmə görə bu sayt işlədənlərin nə anası, nə bacısı, nə də qızı var. Haqqımda ağızlarına gələni yazırlar, məni ərə də veriblər, bu gün sabah artıq övladımın da olacağını yazacaqlar. Mənim kimi səbirli insanı artıq çilədən çıxarıblar, səbrimə də hakim ola bilmirəm. Lənət şeytana. Saytlarımızın 99 faizi səviyyəsizdir. Bir adama zəng vurub nəyisə soruşarlar da. O qədər göz nəfsə saldılar ki, məni yazıq canım təzə nişanlananda “boyuna qorban olum” kimi bir-iki status yazmışdım və onu da saytlar paylaşmışdılar. Bir bunların səviyyəsizliyinə baxın. Bir dənə xoş günümüzü belə bölüşə bilmirik. Hansısa evindən xəbəri olmayan, heç arvadının harda olduğunu bilməyən adam götürüb bunları yazır. Allah hamısının bəlasını versin”.
Müğənni ölkədə artan boşanma hallarının çoxalması məsələsinə də toxunub. Onun sözlərinə görə kişilərimizin əksəriyyəti ailə məsuliyyətini dərk etmir:
“Qadınlarımız boşanar da. İndiki kişilərdə məsuliyyət yoxdur. Bu hamısına aid deyil, amma əksəriyyəti o vəziyyətdədir. Nişanlanırsan, amma nişanlılığını belə hiss edə bilmirsən ki, sənin həyatında kişi var. Kişilərimiz o dərəcədə zəif olublar ki, onların işini bu dəqiqə qadınlarımız görür. Ona görə də ailələr dağılır. Əgər mən nişanlanandan və ailə qurandan sonra həyatımda dəyişiklik, kişi olduğunu hiss etməyəcəmsə, mən niyə o ailəni qurmalıyam ki? O, kişini mən neynirəm ki, əgər həyatımda onun varlığını hiss etməyəcəmsə. Ona görə də yazıq qadınlar boşanırlar və düz də edirlər. Mən əziyyətini çəkim, qulluğun tutum, problemlərin həll edim və hələ otursun evdə qanımı da içsin. Allah vursun elə kişini”.